Aeratravel.az
Aeratravel.az

Dünyada ən uzun tıxacların yaşandığı şəhərlərin siyahısı

  • 968
  • 0
  • 10-12-2021, 21:40
Dünyada ən uzun tıxacların yaşandığı şəhərlərin siyahısı

Masin.az Oxu.az-a istinadən xəbər verir ki, “Inrix” naviqasiya xidməti dünyanın iri şəhərlərində yollarda nəqliyyatın hərəkətini təhlil edib və müəyyən edib ki, ən ləng nəqliyyat Londondadır. Böyük Britaniyanın paytaxtı 2021-ci ildə ən uzun tıxacların yaşandığı yerlərin reytinqinə başçılıq edir.

2021-ci ildə London sürücüləri tıxaclara orta hesabla 148 saat sərf ediblər - bu, koronavirus pandemiyasından əvvəlkindən cəmi bir faiz az və digər meqapolislərdən isə xeyli çoxdur.

Yolların yüklənməsinə görə növbəti yerdə Paris gəlir - bu il orada sürücülər orta hesabla 140 saat tıxacda qalıblar.

Siyahıda üçüncü yerdə Brüssel (134 saat), dördüncü yerdə Moskva (108) və beşinci yerdə isə Nyu-York (102) qərarlaşıb.

Şərhlər