Aeratravel.az
Aeratravel.az

Rusiyada sürücülük vəsiqəsi insanlara böyük imkanlar verəcək

  • 1 544
  • 0
  • 16-12-2021, 23:40
Rusiyada sürücülük vəsiqəsi insanlara böyük imkanlar verəcək

Rusiya dövlət duması fiziki şəxslərin sadələşdirilmiş identifikasiyası haqqında yeni qanun qəbul edib. Bu, sürücülər üçün ona görə vacibdir ki, sürücülük vəsiqəsindən maliyyə əməliyyatlarında şəxsiyyəti müəyyənləşdirmək üçün ikinci sənəd kimi istifadə etmək olacaq.

Belə ki, sürücülük vəsiqəsindən tezliklə kredit üçün müraciət edərkən, bank və sığorta təşkilatları, həmçinin qeyri-dövlət pensiya fondu və brokerlərlə müxtəlif müqavilələr bağlayarkən istifadə etmək mümkün olacaq.

Qanunun digər mühüm məqamı isə müştəri məlumatlarının yoxlanılmasını tələb etməyən əməliyyatlar üçün ödəniş limitinin artırılmasıdır.  Bu. Icbari sığorta ödənişlərinə də aiddir, onun da maksimum məbləği qırx min rubl (əvvəllər on beş min rubl idi) olacaq.


Tərcümə: Famil Ələkbərov

Məncə: motorpage.ru


Şərhlər