Aeratravel.az
Aeratravel.az

Bentley zavodu adi dizel yanacağından imtina etdi

  • 1 235
  • 0
  • 17-12-2021, 00:08
Bentley zavodu adi dizel yanacağından imtina etdi

Bentley şirkəti Kryu zavodunda bütün logistika parkını bioyanacağa çevirərək karbon qazı tullantılarını bir il ərzində 233 ton azaldıb. Hazırda Kryu ilə Uinsforddakı ehtiyat hissələri anbarı arasında işləyən on beş yük maşını, həmçinin 20 müxtəlif maşın - kiçik çatdırılma furqonları və təhlükəsizlik xidməti maşınları Green D+ “yaşıl” dizel və ya hidrogenləşdirilmiş bitki yağı ilə təchiz edilir. Yeni çən və nasos quraşdırıldıqdan sonra, noyabrın sonundan etibarən artıq 100 min litr bioyanacaq sərf edilib.

Bentley avtomobilləri yanacaqla təchiz etmək üçün hidrogenləşdirilmiş bitki yağı (HVO) kateqoriyasına aid olan Green D+ “yaşıl” dizeldən istifadə edir. Yanacaq Power Electrics və Green Biofuels firmaları tərəfindən sintez edilir və onun tərkibində yalnız bərpa olunan xammal var: tullantı piylər, tərəvəzlər və yağlar. Sintetik dizel aşağı temperatura həssas deyil, uzun müddət saxlamaq mümkündür və daha yüksək setan sayına malikdir (45-48 əvəzinə 70-dən çox). O, həmçinin zərərli tullantıların aşağı səviyyəsinə malikdir: 35 faiz daha az azot oksidləri (NOx) və 85 faiz daha az bərk maddə.

Yeri gəlmişkən, britaniyalılar bioyanacaq istifadəsini yalnız komtransla məhdudlaşdırmaq istəmirlər. Şirkət artıq “Payks-Pik” yürüş şəraitində 98RON Renewable Racing Fuel sintetik benzini, İslandiya yollarında isə Coryton Advanced Fuels məhlulunu sınaqdan keçirib. Sonuncu tamamilə kənd təsərrüfatı tullantılarından sintez edilib (Bentley-də samandan) və karbon qazı tullantısını 45 faizə qədər azaldır.


Tərcümə: Famil Ələkbərov

Mənbə: autoconsulting.com.ua


Şərhlər