Aeratravel.az
Aeratravel.az

Maserati Devid Bekhem üçün eksklüziv superkar hazırlayıb

  • 994
  • 0
  • 18-12-2021, 09:43
Maserati Devid Bekhem üçün eksklüziv superkar hazırlayıb

Bu eksklüziv MC20 Fuoriserie Edition modeli Mayaminin həyat nəbzi, onun açıq-çəhrayı gün batması və gecəsinin qara rəngi, parlaq kontrastı və uyğun gəlməyən şeylərin birləşmələri ilə ilhamlanan dizaynerlər tərəfindən yaradılmışdır.



Masin.az sizə Maseratinin eksklüziv icmalını təqdim edir. Hər kəsə məlumdur ki, avtomobil istehsalçıları varlılar və məşhurlar üçün xüsusi sifarişlər yerinə yetirirlər və bu proses çox sadədir: dizaynerlər maşını dəyişdirir, onu satır, lazımi yerə çatdırır və budur, hansısa ulduz eksklüziv maşın əldə edir. Bizim halda isə hər şey daha da maraqlıdır...



İş burasındadır ki, Devid Bekhem brendin elçisidir və eksklüziv MC20 Fuoriserie Edition modelini əldə etməklə kifayətlənməyib, onu uzun səfərdə sınaqdan keçirib ki, mühəndislər onu konkret sürmə tərzinə, ulduzun tələblərinə uyğunlaşdıra bilsinlər. Üstəlik, Maserati Centro Stile xüsusi proqramı sayəsində ulduzun özü avtomobilinin dizayneri olmaqla öz maşınının dizaynında dəyişikliklər edib.



Devidin özünün dediyinə görə, o, avtomobil həvəskarıdır və maşının fərdiləşdirmə proqramında iştirak etmək onun üçün son dərəcə maraqlı və həyəcanlı olub. Axı avtomobillər fərdi zövqdür: istər model, istər rəng, istərsə də içərisindəki kiçik detallar.



Məhz bu məqsədlə Devid Bekhem Mayami (bu şəhər ulduzun ikinci evidir, burada o, çox vaxt keçirir və onun futbol komandasının evidir) şosesində test edərək, maşınla Modenaya çatıb. 



Eksklüziv MC20 Fuoriserie Edition modeli qeyri-adi - xameleon rəngindədir, müəyyən bucaq altında daha parlaq olan solğun çəhrayı rəng ilə qara rəng çalarları var.

Bu avtomobildə dizaynerlər kanonlardan uzaqlaşıblar, burada siz həm kuzovun parlaq səthlərini, həm də bir-biri ilə çox ahəngdar birləşən Trident loqoları olan mat qara çalar görə bilərsiniz. Həm də MC20 ad lövhələri və Brembo əyləc kaliperləri çəhrayı rəngə boyanıb.



İnteryerə gəldikdə isə, burada kontrastlı çəhrayı tikişli qara alkantaradan oturacaqlar var, arxalıqlar tonal lazer oyma üsulu ilə hazırlanıb, başlıq isə üçölçülü açıq çəhrayı tikişlə bəzədilib. Üstəlik, mərkəzi konsoldakı “For David” (“Devid üçün”) yazılı eksklüziv lövhə mat-parlaq səthdə mat-alüminium örtüklə hazırlanıb.



Amma maşının texniki xüsusiyyətləri dəyişməyib. MC20-nin ürəyi 630 at gücü və 730nm maksimum fırlanma anına malik güclü və texnoloji cəhətdən inkişaf etmiş 3 litrlik V6-dır. Yeri gəlmişkən, məhz bu mühərrik hazırlanma texnologiyası Maserati tərəfindən patentləşdirilmişdir və F1 mühərriklərinin hazırlanmasında istifadə edilir. Belə konfiqurasiya superkara yerindən 100 km/saata qədər cəmi 2.9 saniyəyə sürətlənməyə və 325 km/saat maksimum sürətə çatmağa imkan verir.



Dizayn xüsusiyyətlərindən ayrıca tamamilə karbon monokokubu qeyd etmək olar ki, onun hesabına avtomobilin ümumi çəkisi 1500 kq-a qədər azalıb, passiv təhlükəsizliyi və kuzovun sərtliyi artıb.


Tərcümə: Famil Ələkbərov

Mənbə: csn-tv.ru

Şərhlər