Aeratravel.az
Aeratravel.az

Rusiyada artıq hər kəs bir-birini cərimələyə biləcək

  • 1 085
  • 0
  • 19-12-2021, 18:23
Rusiyada artıq hər kəs bir-birini cərimələyə biləcək

2020-ci ildə mühüm dəyişiklik: sürücülər bir-birini cərimələyəcəklər  

Masin.az xəbər verir ki, 2022-ci ildə rusiyalılar telefondakı “Xalq müfəttişi” proqram vasitəsilə yol hərəkəti qaydalarının pozulmasını qeydə ala biləcəklər. 

Bu necə işləyəcək və nəyə görə cərimələyəcəklər

Prezident Vladimir Putin xüsusi proqram vasitəsilə çəkilmiş foto və videolar əsasında yol hərəkəti qaydalarını pozanlara görə cərimələmək imkanının tətbiq edilməsi barədə göstəriş verib. İcra üçün son tarix 1 iyun 2022-ci ildir. Bu tarixə qədər Nazirlər Kabineti qanunvericiliyə dəyişiklik etməlidir: bu material üzrə əsasında cəzalar barədə qərarlar protokol tərtib edilmədən verilməli olacaq. Mövcud qanunvericilikdə belə imkan nəzərdə tutulmayıb.

Sürücülərin qeyri-rəsmi adı “Xalq müfəttişi” olan yeni proqramın yaradılması haqqında olan fikirləri fərqlidir. Bəziləri hesab edir ki, piyadalar və ya nəqliyyat vasitələri kimi digər hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarına riayət etmələrinə nəzarət ehtiyatsız sürücülər, təqibçilər və avtomobilin pəncərəsindən zibil atanlara qarşı effektiv mübarizə aparmağa kömək edəcək. Digərləri isə belə proqram sosial gərginliyə səbəb olduğunu deyirlər.

“Xalq müfəttişi” proqramının tətbiqinin həyata keçirilməsi haqqında hüquqşünas Dmitriy Slavnov fikir bildirib: “Məsələn, təqibçini kadrda yaxaladılar, ona 1500 rubl cərimə yazdılar, sonra bir neçə kilometrdən sonra başqası pozuntunu yenidən qeydə aldı - qanunu pozana 1500 rubl məbləğində daha bir cərimə gəlir. Və belə sürücü artıq fikirləşəcək ki, yolun kənarı ilə sürməyə davam etməyə dəyərmi, birdən növbəti avtomobildə “Xalq Nəzarəti” işə düşəcək, bu da qanun pozuntusunu çəkəcək və yenə də cərimə gələcək”.

Sistem necə işləyəcək

“Xalq müfəttişi” adlı yeni federal proqramın “Moskva köməkçisi” bazasında yaradılması planlaşdırılır. Bu xidmətin köməyi ilə moskvalılar “Dayanmaq qadağandır”, “Durmaq qadağandır” nişanlarının olduğu ərazilərdə qaydaların pozulması, qazonlarda və parkinq haqqının ödənilməməsi ilə bağlı şikayətləri göndərə bilərlər. Bunun üçün smartfonda proqramı açmaq, inzibati xətanın növünü seçmək, onu qeydə almaq və göndərmək lazımdır.

Foto-video çəkiliş sahəsi üzrə ekspert Qriqoriy Şuxman deyir ki, bu, yeni tətbiqin potensial problemlərindən biridir: “Moskva köməkçisi” adlı proqram-aparat kompleksi və onun federal versiyası olan “Xalq müfəttişi” kimi texnologiyalar “piyadaların statik pozuntuya qarşı” vasitəsidir, çünki sürücünün özü smartfon işlədə bilməz və texnologiyanın özü də dinamik pozuntuları qeydə almağa imkan vermir.

Bununla belə, yeni proqrama video qeydiyyatçılardan videoları yükləmək mümkün olmayacaq, Şuxman qeyd edir: “Söhbət istifadəçinin cihazında quraşdırılmış xüsusi proqram təminatından getdiyindən, bu, mümkün olmayacaq. Video qeydiyyatçıların əksəriyyəti (bəziləri istisna olmaqla) kənar proqram təminatının quraşdırılması imkanına malik deyil, həmçinin onların materialları serverə göndərmək üçün İnternetə çıxışı yoxdur.

Video qeydiyyatçı materiallarının sadələşdirilmiş formada hüquqi tətbiqini reallaşdırmaq üçün qeydə alma və materialların göndərilməsini ayırmaq və qeydiyyatçılar üçün materialları dəyişdirməkdən qoruyan uyğunluq sertifikatı olan standart və ya video fayllar üçün format hazırlamaq lazımdır ki, bu da cihazların qiymətini artıracaq. Bundan başqa, “Dövlət xidmətləri” ndə yalan ifadəyə görə öz məsuliyyətini anlamağını imzalayan könüllülərin videolarını şərhlə yükləməyə imkan verən interfeys hazırlamaq lazımdır.

Qərarların icrası necə olacaq

Prezidentin tapşırığında qeyd olunur ki, digər sürücülərinin məlumatları əsasında tərtib olunmuş yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr protokol tərtib edilmədən, yəni eskpress şəkildə həyata keçiriləcək. Şuxman hesab edir ki, yol polisi çoxlu foto və video axınının öhdəsindən gəlməyəcək və sadəcə hər kəsi cərimələyəcək: “Geyilə bilən vasitələrə gəldikdə, foto və videoların qeydə alınması naməlum şəraiti olan yerlərdə baş verəcək: sadəcə yerli ərazi fonunda maşınlar. Müfəttişə belə orada baş verənlər naməlumdur. O, ya müraciətlərin 100%-ni rədd edəcək, ya da baxmadan möhürləyəcək”.

Amma diqqət yetirək ki, 1 iyun 2022-ci ilədək subyektlər yol hərəkəti sahəsində inzibati xətalar barədə işlərə baxılması ilə bağlı yol polisinin səlahiyyətlərin bir hissəsini əldə etməlidirlər. Yerli hökumət kameralardan gələn qətnamələrin emalını üzərinə götürməli və yol polisinin işini sadələşdirməlidir. Buna baxmayaraq, müfəttişlər tərəfindən sürücülük hüququndan məhrumetmə və ya cərimə yazmaq səlahiyyəti dəyişiklik olmadan saxlanılacaq.

Yalan şahidlikdən müdafiə lazımdır  

Proqram vasitəsilə nəzarətə qarşı olan iddialardan biri nəzarətçilər tərəfindən sui-istifadə olub, mükafat və bal arxasınca gedənlər tıxaclarda qalmış sürücülərin şəklini çəkiblər və dayanma-durma qayda pozuntularını rəsmiləşdiriblər. Və ya park edilmiş avtomobilləri qazonda dayanmış kimi qeyd ediblər

Şuxman xatırladıb ki, 2019-cu ildə Ali Məhkəmənin plenumunun qərarından sonra Moskva şəhərinin Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi aparat-proqram kompleksinin materiallarının qəbulunu dayandırdı. Şuxmanın sözlərinə görə, qərarın verilməsinə səbəb qonşuların maşınlarını sanki səkidəki kimi çəkən piyadaların materiallarının axını olub. Avtomobil sahibləri qərarları ləğv etdirirdilər, sonra yenilərini alırdılar, yenidən ləğv etdirirdilər və belə dəfələrlə olurdu.

Yalan şahidlik axınının qarşısını almaq üçün Şuxman qarşılıqlı məsuliyyətin tətbiqini təklif edir, çünki şəkil çəkmək və göndərmək bir dəqiqə vaxt tələb edirsə, qərardan şikayət etmək çox vaxt aparır. Hazırda fiks edən ancaq hesabının blok edilməsi ilə məsuliyyət daşıyır, Şuxman əlavə edir. Bundan başqa, o, vurğulayır ki, fiks etmə sayının arxasınca getməmək üçün cərimədən faiz, həmçinin reytinq üçün ballar kimi istənilən mükafatı istisna etmək lazımdır.

Yeri gəlmişkən, Moskva şəhərinin Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov Autonews-la müsahibədə belə imkanın ola biləcəyini istisna etməyib: “İstifadəçilər üçün bonus məsələsi istifadəçilərə stimul verməyə imkan verəcək bir növ fərdiləşdirmədir. Düşünürəm ki, proqram yeni şəkildə inkişaf edəcək. Bütün məhkəmə təcrübəsi, sertifikatları burada tətbiq edəcəyik”.

Regionların təcrübəsi   

Xətaları fiks etmə üçün proqram artıq Rusiyanın bir neçə regionunda fəaliyyət göstərir. Paytaxtda bu “Moskva köməkçisi”, Moskva vilayətində - “Xalq Müfəttişi” (sistemin bir hissəsi “Dobrodel”), Kemerovo bölgəsində - “Mobil patrul” adlanır. 

“Moskva köməkçisi” və “Dobrodel”in vilayət bölməsi olan “Xalq müfəttişi” qeyri-düzgün parketmə (qazonlarda və qadağan edən nişanların altında) üçün foto və video sübut göndərməyə imkan verir. Moskva sistemində 767 min nəfər qeydiyyatdadır, ən aktiv istifadəçilər həftədə 150 pozuntu qeydə alır. Ancaq paytaxt proqramında bonus sistemi nəzərdə tutulub, onları köynəyə, parketməyə və ictimai nəqliyyatda gediş üçün xərcləmək olar. Moskva vilayətində “Dobrodel” proqramının alt bölməsi olan “Xalq müfəttişi” pozuntu qeydinin ancaq videosunu göndərməyə imkan verir.

“Mobil patrul” Kemerovo vilayətində 11 ildən çoxdur fəaliyyət göstərir və bu növ proqramların ən geniş funksional imkanlarına malikdir. Çox vaxt region sakinləri kobud qayda pozuntularının foto və videolarını göndərirlər, məsələn: qırmızı işıqda keçmək, qarşı zolağa keçmək və s. 2021-ci ilin 11 ayı ərzində yol polisinə 750-dən çox (2020-ci ildə 4 min) pozuntu barədə məlumat daxil olub. Yoxlamalardan sonra 3000-ə yaxın qanun pozan vətəndaş məsuliyyətə cəlb edilib və 3 milyon rubldan çox cərimə kəsilib. Kuzbassda istənilən cihazla çəkilmiş foto və videolar qəbul edilir. Həmçinin müraciətdə tarix, vaxt, yer və pozuntu halını göstərmək lazımdır.


Tərcümə: Famil Ələkbərov

Şərhlər