Aeratravel.az
Aeratravel.az

Fənər kameraları: yeni “Hyundai” patenti

  • 910
  • 0
  • 23-12-2021, 12:32
Fənər kameraları: yeni “Hyundai” patenti

“Hyundai Ioniq 5”, baş optikasına quraşdırılmış video kameralar aldı. “Hyundai Mobis”, müvafiq ixtiraya patent verib.



“Hyundai”ın texnoloji qolu olan “Hyundai Mobis”in patent ərizəsində Koreya avtomobil istehsalçısının birləşmiş fənər sistemi hazırladığı bildirilir. Müstəqil və ya yarı müstəqil idarəetmədə kameralar və lidarlar – nəqliyyatın hərəkətini, piyadaları və potensial təhlükələri görməyə imkan verən nəqliyyat vasitəsinin gözləri və qulaqlarıdır.

Bir qayda olaraq, tavanda lidarlar quraşdırılır, radarlar sərinləşdirici (radiator) barmaqlığının altında gizlənir, video kameralar isə arxa görünüş güzgülərinin korpuslarında və ön şüşənin altında yerləşir.



Amma bu kameraları avtomobilin kənarlarında yerləşdirməklə, avtomobil və hər hansı maneələr arasında stereoskopik görmə qaydalarına uyğun olaraq triqonometriyadan istifadə edərək məsafələri üçbucaqlaşdırmaq və hesablamaq qabiliyyəti xeyli artır. Buna görə də “Hyundai Mobis”, fənərlərdəki kameralarla təcrübələr aparır. Bu texnologiyanın nə qədər effektiv olduğunu zaman göstərəcək.


Məlumatı hazırladı: “AVTO KLUB AZƏRBAYCAN” klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər