Aeratravel.az
Aeratravel.az

Huawei AITO adında ilk krossoverini təqdim etdi

  • 964
  • 0
  • 25-12-2021, 22:06
Huawei AITO adında ilk krossoverini təqdim etdi

Masin.az xəbər verir ki, Huawei şirkəti Çində təşkil etdiyi geniş miqyaslı sərgidə qatlanan smartfon, ağıllı eynək və digər qadcetlərlə yanaşı avtomobil də təqdim etdi. AITO M5 krossoveri Sokon Industry Group maşınqayırma konserninə məxsus olan Seres şirkəti ilə müştərək layihədir, onun rəhbərindən biri Teslanın həmtəsisçisi Martin İberharddır.



Huawei və Seres əməkdaşlığı keçən ildən başlayıb. Keçən yaz bazara Huawei Smart Selection SF5 çıxarıldı ki, bu da sadəcə Seres SF5 modelinin bir qədər dəyişdirilmiş variantı idi və Huawei markasının bort elektronikası ilə tamamlanmışdı. İndi isə müştərək iş yeni səviyyəyə qalxıb.



AITO adının açıqlaması Adding Intelligence To Auto kimidir. AITO M5 krossoveri isə Seres SF5 aqreqatı bazasında hazırlanıb, amma kuzov, interyer və elektronikası tamamilə yenidir, Huawei-in birbaşa iştirakı ilə hazırlanıb.

Ölçü baxımından AITO M5 Jaguar F-Pace və ya Genesis GV70 krossoverlərinə oxşardır: uzunluq - 4770 mm, en - 1930 mm, hündürlük - 1625 mm. Təkər bazası - 2880 mm-dir. Bu, təkərlərinin elektrik mühərrikini fırlatdığı ardıcıl hibriddir, 1.5 benzin turbo mühərriki (125 at gücü) isə 40 kvT/s həcmli dartma batareyasını doldurmaq üçün yalnız generator rejimində işləyir.



Seçim üçün elektrik mühərriklərinin gücü ilə fərqlənən iki tam ötürücülü modifikasiya var. Baza versiyası 428 at gücünə malikdir (224 ön oxda və 204 arxa oxda), Performans versiyası isə 496 at gücünə malikdir və “yüzə” 4,4 saniyəyə sürətlənə bilər. Tərtibatçılar bildiriblər ki, tam doldurulmuş akkumulyator və tam benzin çəni ilə AITO M5 1100 km məsafə qət edə biləcək (bu, müasir WLTC dövrünə uyğundur), yanacağın orta sərfiyyatı isə 100km üçün 0,8 litrdir.




İnteryerin əsas xüsusiyyəti Huawei-in Harmony OS interfeysi olan və 15,6 düymlük ekrana malik media sistemidir. O, Huawei-in digər qadcetləri ilə eyni ekosistemdə birləşdirilib və geniş onlayn imkanlara malikdir. Audio sistem də Huawei Sound adını daşıyır. Ön şüşənin sütununda sürücünün şəklini çəkən kamera quraşdırılıb. Alət ekranının diaqonalı 10 düymdür.




AITO M5 krossoverinin təchizatı zəngindir: adaptiv LED faralar, ventilyasiya və masajçı ilə ön oturacaqlar, adaptiv kruiz nəzarət (radar və kamera ilə), panorama dam, hərtərəfli kameralar və s. USB birləşdiriciləri təkcə mərkəzi konsolda deyil, həmçinin qapı ciblərində də var ki, qadcetləri şarj etmək mümkün olsun.



AITO M5 krossoverinin tədarükü 2022-ci ilin yazında başlayacaq, istehsalını Seres krossoverini buraxan Çonqindəki Sokon zavodu həyata keçirəcək. Elan edilmiş qiymətlər 39 min dollardan 50 min dollara qədərdir, amma bu dövlət subsidiyaları ilə birlikdədir. AITO avtomobillərini Huawei şirkətinin mağazalar şəbəkəsi və onlayn platformaları vasitəsilə satacaq. 2023-cü il üçün ikinci modelin debütü planlaşdırılır: o, tam ölçülü elektrikli krossoverdir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: autoreview.ru

Şərhlər