Aeratravel.az
Aeratravel.az

Çin avtomobili bir çən yanacaqla 1426,1 km məsafə qət etdi

  • 2 120
  • 0
  • 25-12-2021, 23:35
Çin avtomobili bir çən yanacaqla 1426,1 km məsafə qət etdi

Masin.az xəbər verir ki, Geely KX11 hibridi rekord yürüş göstərdi - nəticə bütün gözləntiləri üstələdi.

Satışı yalnız bu günlərdə başlayan böyük Geely KX11 krossoverinin hibrid variantı bu yaxınlarda keçirilən sınaq yürüşü zamanı təsirli nəticələr göstərdi: avtomobil bir çən yanacaqla 1426,1 km məsafə qət etdi, yanacaq sərfiyyatı isə 100 km üçün 3,9 litr oldu.

Geely bu yaxınlarda dünyaya Hi-X adlı yeni nəsil hibrid platformasını təqdim etdi. Bu texnologiyanı ilk əldə edən brend flaqmanı - KX11 krossoveri oldu. Hibrid modifikasiyası Leishen Hi-X adlandırıldı.



Əsas dəyişikliklər radiator çərçivəsi və bamperlərin dizaynındadır. Avtomobilin ölçüləri eyni qalıb. Salonundakı dəyişikliklər daha azdır - o, tamamilə adi KX11-i təkrarlayır.

Hibrid avtomobil DHT Pro elektrik hibrid transmissiyası ilə birləşdirilmiş 1,5 litrlik mühərrikə əsaslanır. Güc quraşdırmasının ümumi ötürməsi 244 at gücü, maksimum fırlanma anı 540 Nm-dir. İlk “100”-ə sürətlənmək üçün Xingyue L modelinə 7,9 saniyə lazımdır. İstehsalçı tərəfindən elan edilən Leishen Hi-X modelinin yürüş məsafəsi və yanacaq sərfiyyatı hər kəsi təəccübləndirdi - müvafiq olaraq 1300 km və 4,3 l/100km.



Geely yüksək rəqəmləri təsdiqləmək üçün Xingyue L Leishen Hi-X üçün Çin əyalətlərində böyük yürüş təşkil etməyə qərar verdi. Nəticəni isə bilirsiniz: 1426,1 km və 3,9 l/100km - o, gözləntiləri üstələdi! Təəssüf ki, Geely vacib detalları bildirmədi: yürüş başlamazdan əvvəl krossoveri doldurmaq üçün hansı yanacaqdan istifadə edildi, klimat-kontrol işə salınıbmı, hansı sürmə rejimi seçilib. Fakt isə fakt olaraq qalır - bu günkü heç bir hibrid daha uzaq məsafəni qət edə bilmir.

Bu gün məlum olub ki, KX11 hibridi (Xingyue L Leishen Hi-X) Super Xun adlı yeganə konfiqurasiyada 27,2 min dollara satılacaq. Ekspertlər qeyd edirlər ki, yenilik gözləniləndən daha sərfəli oldu. Doğrudur, hibridin funksional təchizatı hələlik məlum deyil.


Tərcümə: Famil Ələkbərov

Mənbə: abw.by

Şərhlər