Aeratravel.az
Aeratravel.az

Yeni il hədiyyəsi: Teslaya Tiktok dəstəyi əlavə olundu

  • 1 290
  • 0
  • 26-12-2021, 11:46
Yeni il hədiyyəsi: Teslaya Tiktok dəstəyi əlavə olundu

Masin.az xəbər verir ki, Tesla şirkəti TikTok və digər oyunları ilə öz elektromobilləri üçün böyük yeni il yenilənməsi buraxdı. 

Tesla elektromobilləri üçün proqram təminatının yenilənməsi (versiya 2021.44.25) özündə bir çox funksiyaları birləşdirir.

İnterfeysdə ekranın aşağı hissəsində fərdiləşdirilə bilən panel əlavə olunub, istifadəçinin diqqətini naviqasiya və multimediaya cəmləməsi üçün idarəetmə asanlaşdırılıb. Bundan başqa dönmə zamanı kameranın kor nöqtələrinə baxmaq üçün avtomatlaşdırma əlavə olunub.



Teslanın ilk dəfə Model X krossoverində təqdim etdiyi işıq şousu funksiyası qapıların çırpılması ilə müşayiət olunur. İndi işıq şousu bütün Tesla avtomobilləri üçün əlçatandır.

Axın proqramlarını birləşdirən Tesla Theater platformasına yeni əlavə inteqrasiya olundu: indi siz toxunma ekranınızdan TikTok-u izləyə bilərsiniz. Bu formal olaraq avtomobil dayandıqda edilə bilər.



Bundan başqa, bu ilin yeni il yenilənməsində avtomobil istehsalçısı video oyunlar bölməsinə məşhur Sonic the Hedgehog arkad oyununu və Sudoku məntiq oyununu əlavə etdi.



Həmçinin soyuq havada aşağı akkumulyatorun şarjı aşağı olduqda batareyanı qorumaq üçün salonun klimat-kontrolu və oturacaqların qızdırılması avtomatik olaraq söndürüləcək.


Tərcümə: Famil Ələkbərov

Mənbə: rbc.ua

Şərhlər