Aeratravel.az
Aeratravel.az

Artıq dronlar avtomobillərin üzərinə enə biləcək

  • 1 179
  • 0
  • 26-12-2021, 21:32
Artıq dronlar avtomobillərin üzərinə enə biləcək

Masin.az xəbər verir ki, Mazda dron üçün vertolyot meydançası olan avtomobili patentləşdirdi.

Mazda dron üçün uçuş-enmə meydançasını patentləşdirib ki, bu da arxa şüşəyə quraşdırılacaq və kvadrokopterlə elektromobillə kvadrokopter arasında əlaqəni təmin edən bir növ port rolunu oynayacaq.



Belə ki, kvadrokopter bu meydança sayəsində nəqliyyat vasitəsinin elektron sistemlərinə sürətlə qoşula biləcək və onun köməyi ilə avtomobildən çıxmadan onu uzaqdan idarə etmək imkanı verəcək.

Kvadrokopter avtomobil hərəkət edərkən belə müstəqil şəkildə qalxıb enə biləcək, həmçinin digər nəqliyyat vasitələrinə səhv enmə ehtimalını aradan qaldıracaq.



Mazda şirkəti öz patenti ilə bağlı hələlik heç bir şərh verməyib. İstisna deyil ki, bu meydança bəzi modellərin ən yüksək səviyyəli konfiqurasiyaları üçün seçimə çevriləcək.


Tərcümə: Famil Ələkbərov

Mənbə: tarantas.news


Şərhlər