Sırala:

Son onilliyin ən yaxşı 5 mühərriki

  • 889
  • 0
  • 31-12-2021, 10:03
Son onilliyin ən yaxşı 5 mühərriki

Britaniyanın “AutoCar” nəşri, son 10 ilin ən yaxşı kimi tanınan mühərriklərin siyahısını dərc edib.

Avtomobilin "ürəyi" onun mühərriki hesab olunur - onun benzin, dizel və ya hətta elektrik olması fərqi yoxdur. “İlin avtomobili” mükafatı ilə yanaşı, ixtisaslaşmış jurnalistlər hər il “İlin mühərriki” tədbirini keçirirlər. Məhz bu cür mühərriklər bu gün siyahımıza düşdü.

Ferrari 488 GTB mühərriki



Beləliklə, 2019-cu ildə ilin mühərriki mükafatını yenidən 488 GTB idman avtomobilində quraşdırılmış 3,9 litrlik V8 Ferrari aldı. Həmin vaxt mühərrikin üstünlükləri yüksək güc, şəhər rejimində qənaət və 8000 dövr/dəq-də başlayan kəsimlə qeyd edildi. Həmçinin ən dövrəli seriyalı turbo mühərriklərdən biri kimi qeyd edildi. Məhz bu mühərrik, ardıcıl 4 il – 2016-cı ildən 2019-cu ilə kimi mükafata layiq görülüb.

BMW mühərriki əsasında güc qurğusu



2015-ci ildə dəyişən həndəsə turbinli 1,5 litrlik 3 silindrli BMW mühərriki ən yaxşı mühərrik kimi tanınıb. Məhz bu güc qurğusu BMW i8 hibrid idman avtomobilində quraşdırılmışdır. Qeyd edək ki, 2015-ci ildə mühərrik eyni anda üç kateqoriya üzrə ən yaxşısı olub: “İlin yenisi”, “Ən yaxşı mühərrik, 1,4 - 1,8 litr həcmli” və “İlin mühərriki”.

1 litrlik EcoBoost



2012, 2013 və 2014-cü illərdə, ilin mühərriki 1,0 litrlik 3 silindrli Ford EcoBoost oldu. Üç il ərzində bu mühərrik, texnoloji cəhətdən ən inkişaf etmiş mühərrik kimi tanındı və sözün əsl mənasında 3 silindrli modellər arasında etalon hesab edildi. Eyni zamanda, bir il ərzində minlərlə avtomobil həvəskarı, litrlik mühərrikli avtomobillərini zəmanətlə geri qaytardılar – onlar, qızma səbəbindən sıradan çıxdılar.

Fiat TwinAir



Daha bir "körpə" - 0,9 litrlik Fiat TwinAir mühərriki 2011-ci ildə "İlin mühərriki" oldu. Mühərrik iki silindrə və bir turbinə sahib idi ki, bu da ona 84 at gücü və 1900 dövr/dəq-dən 107 Nm fırlanma anı verməyə imkan verirdi. Eyni zamanda, təvazökar ölçüsünə baxmayaraq, mühərrik işləmə zamanı xoş bir səs çıxarırdı.

Volkswagen 1.5 TSI



Nəhayət, 2009 və 2010-cu illərdə Volkswagen TSI 1,4 litrlik turbo mühərrik ilin mühərriki kimi tanınıb. Bununla yanaşı, mühərrik "Ən ekoloji təmiz" mühərrik kimi tanınıb. Bu mühərrikin quraşdırıldığı modellərin siyahısı böyükdür – SEAT Ibiza FR, Cupra modelləri, Volkswagen Polo GTI, Skoda Fabia RS və digər avtomobillər.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər