Aeratravel.az
Aeratravel.az

Yeni Lada Priora NFR modelinin qiyməti açıqlanıb

  • 14 729
  • 0
  • 22-01-2022, 22:04
Yeni Lada Priora NFR modelinin qiyməti açıqlanıb

2022-2023-cü illərdə buraxılacaq və satış qiyməti 1.9-3.2 milyon rubla (42000-71000AZN) olacaq yeni liftbek Lada Priora NFR modelinin internetdə videosu yayılıb. Məlumdur ki, yeni nəsil Lada Priora NFR 95 at gücünə malik 1,6 litrlik dizel güc aqreqatı, həmçinin 150 və 180 at gücünə malik 1,8 litrlik benzin mühərriklərini əldə etməlidir.

Birinci versiyada yürüş pilləli “mexaniki mühərrik” ilə, ikincisi isə avtomatik transmissiya ilə təmin olunacaq. Çox güman ki, hibrid quraşdırma da olacaq.



Masin.az online47.ru saytına istinadən xəbər verir ki, 2022-ci ildə buraxılacaq Lada Priora NFR əvvəlki modellərdən böyük olacaq. Kuzovun uzunluğu 4750, eni 18733mm, hündürlüyü isə 1400mm olacaq. Təkər bazasının ölçüsü 2790mm olacaq. Baqaj bölməsinin həcmi 485 litr təşkil edir.

İlkin məlumatlara əsasən avtomobilin qiyməti komplektasiyadan asılı olaraq, 1.9 milyon rublla 3.2 milyon rubl (42000-71000AZN) aralığında olacaq. 


Tərcümə: Famil Ələkbərli


Maraqlıdır: İkinci əl Hyundai Sonata

Şərhlər