Aeratravel.az
Aeratravel.az

Masin.az saytı “Azərbaycan Sürücülər klubu” ilə əməkdaşlığa başladı

  • 1 749
  • 0
  • 6-02-2022, 22:23
Masin.az saytı “Azərbaycan Sürücülər klubu” ilə əməkdaşlığa başladı

Masin.az saytı “Azərbaycan Sürücülər klubu” ilə əməkdaşlığa başladı. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masinbazari.com saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

Azərbaycan Sürücülər Klubunun hədəfi və məqsədi yol hərəkət qaydalarını, sürücülük mədəniyyətini insanlara aşılamaq, həmçinin bir sürücünün ehtiyac duya biləcəyi ustaları, yağdəyişmə mərkəzləri və ehtiyyat hissələri mağazalarını bir araya toplamaqla köməklik göstərməkdir. Mütəmadi olaraq klub üzvləri ilə görüş təşkil etməklə üzvlər arasında dostluq, yoldaşlıq münasibəti yaradırıq. Yolda bir-birimizi tanımaq üçün isə xüsusi bir logo hazırlamışıq.

Artıq “Azərbaycan Sürücülər klubu” üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını Masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: ASKKLUB2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

Etimad göstərdikləri üçün klubun administratorları Vasif bəyə, Emrah bəyə və moderatoru Rəsul bəyə təşəkkür edirik.

Şərhlər