Aeratravel.az
Aeratravel.az

Masin.az saytı “VAZ 2107 Azərbaycan” klubu ilə əməkdaşlığa başladı

  • 1 768
  • 0
  • 23-02-2022, 22:29
Masin.az saytı “VAZ 2107 Azərbaycan” klubu ilə əməkdaşlığa başladı

Masin.az saytı “VAZ 2107 Azərbaycan” klubu ilə əməkdaşlığa başladı. Bu, bizim üçün olduqca sevindiricidir.

Masin.az fəaliyyətinin ilk günündən sosialyönümlü layihələrə üstünlük verib, həmişə də avtomobil ekspertlərinin, bir sıra klubların dəstəyini hiss edib. İndi isə bu münasibətlərin daha yüksək səviyyəyə çatdırmağın vaxtıdır.

Biz bundan sonra əməkdaşlarımızla daha sıx və qarşılıqlı faydalı əməkdaşlıq şəraitində bir sıra uğurlu işlər görməyə çalışacağıq. Əlbəttə ki, əsas fayda klub üzvlərinə saytımızın endirim təkliflərindən maksimum faydalanmaq şansını verməkdir. Həmçinin, digər avtomobil elanı saytlarından fərqli olaraq, masinbazari.com saytında elan müddəti və sayı üçün heç bir limit yoxdur. 

Keçmiş SSRİ respublikalarında “Rus Mercedesi” adını qazanmışdı. Bu model VAZ 2105 əsasında hazırlanıb. 1982-ci ildən istehsal olunur. VAZ 2107 maşınları ölkəmizdə ən çox maraq göstərilən modellərdən biridir. 

Klubun yaradılmasının səbəbi budur ki, VAZ həvəskarları bir-birinə kömək göstərsinlər. Bu klubda ancaq VAZ maşınları barədə paylaşımlar edilir. Klubda VAZ 2107 həvəskarları, həmçinin sahibləri öz avtomobili, alqısı və ya satqısı, ehtiyat hissələri və s. haqqında paylaşımlar edə bilərlər.

Artıq “VAZ 2107 Azərbaycan” klubunun üzvləri Masin.az saytındakı ödənişli funksiyalar üçün 25% endirim əldə edə biləcəklər. Ödənişli funksiyaların qiymətləri aşağıdakı kimidir:

VİP Elanlar: 5 gün 10 manat - 15 gün 15 manat - 30 gün 20 manat

Premium elanlar: 1 gün - 2 manat - 7 gün - 10 manat - 20 gün - 20 manat - 30 gün - 25 manat

Elanı irəli çəkmək: 1 gün - 5 manat - 7 gün - 20 manat - 30 gün - 50 manat

Radioda səsli elan: 1 aylıq 25 manat

Bunun üçün klub üzvünün öz elanını Masin.az saytında yerləşdirərək, sayta ödəniş üçün müraciət etməsi, klubun üzvü olduğunu və kupon kodunu bildirməsi yetərlidir (kupon kodu: VAZ2107KLUB2022).

Həmçinin, biznesi olan klub üzvləri üçün saytımızda reklamlar xüsusi şərtlərlə aparılacaq.

Etimad göstərdiyi üçün klubun administratoru Rəşad bəyə təşəkkür edirik.

Şərhlər