Aeratravel.az
Aeratravel.az

Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi

  • 853
  • 0
  • 11-03-2022, 23:03
Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Bu Qanunun 33-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş sürücülük vəsiqəsini almaq istəyən hər bir şəxs:

  • müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməli;
  • yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları verməli;
  • Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məbləgdə haqq ödəməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməlidir. ƿrizəyə aşağıdakı sənədlər əlavə olunur:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
  • müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata götürülməsi barədə sənəd;
  • Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
  • sürücülük vəsiqəsi verilməsi üçün haqqın ödənilməsi qəbzi.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı sürücülük vəsiqəsinin verilməsi üçün bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş sənədləri daxil olduğu həmin gün yoxlayır və orada göstərilmiş mə'lumatlar əsasında şəxsin yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılması məsələsini həll edir.

Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:

  • sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının mə'zunları
  • avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas tədris ocaqlarının mə'zunları
  • Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada imtahanlara müstəqil hazırlaşmış şəxslər onların ərizələri Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra on gün ərzində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.

Sürücülük vəsiqəsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqələrinin verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında" ƿsasnaməyə uyğun olaraq həyata keçirilir.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

  • onun etibarlıq müddətinin qurtarması;
  • sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
  • onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
  • onun yararsız hala düşməsi;
  • onun itirilməsi;
  • yeni nümunəsinin bu Qanunla müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir gün ərzində həyata keçirilir.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün, bu maddənin altıncı hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləgdə haqq alınır. Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.

Sürücülük vəsiqəsində göstərilmiş kateqoriyaların dəyişdirilməsi məqsədi ilə sürücülük vəsiqəsinin dəyişdirilməsi bu maddənin birinci - dördüncü hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş  sürücülük  vəsiqələrindəki mə'lumatların mərkəzləşdirilmiş uçotunu aparmalıdır.

Hər hansı şəxs bu Qanunla müəyyən edilmiş qaydada ona sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasından və yaxud belə ərizənin süründürülməsindən, habelə yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara onun buraxılmasından imtina edilməsindən məhkəməyə şikayət edə bilər.

Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya süründürülməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məs'uliyyət daşıyırlar.

Şərhlər