Aeratravel.az
Aeratravel.az

KIA MOTORS CORPORATION

  • 688
  • 0
  • 23-03-2022, 16:56
KIA MOTORS CORPORATION

KIA MOTORS CORPORATION HAQQINDA

Kia Motors Corporation (Kia motors korporeyşn kimi tələffüz olunur 기아자동차 주식회사 / 起亞自動車株式會社) - Cənubi Koreya avtomobiltikinti şirkəti, Cənubi Koreyada ikinci, dünyada isə yeddinci avtomobil istehsalçısıdı.

KIA Motors (Koreya dilindən tərcüməsi "Asiyadan dünyaya çıxmaq") şirkəti - qərərgahı Seulda yerləşən qocaman Koreya avtomobil istehsalçısıdır. İndi Hyundai-KIA Automotive Group şirkəti böyüklüyünə görə dünyada beşinci yerdədir. O səkkiz ölkədə olan 14 istehsal və quraşdırma meydançasında ildə 1,4 milyondan artıq avtomobil hazırlayır.

KIA şirkəti 1944-cü ildə Şimali Koreya Cənubla müharibəyə başlamamışdan bir qədər əvvəl Precision Kyungsung Industry adı altında yaradıldı. Əvvəlcə firma, Yanqdeunqpoda olan kiçik zavodda (hazırda Seulun cənubunda yerləşir) velosiped, onların hissələrinin və sənaye mallarının istehsalı ilə məşğul olurdu, sonra isə yük və minik avtomobillərinin istehsalına başladı.

İlk Koreya velosipedini məhz KIA şirkəti tərəfindən 1946-cı ildə buraxılıb. Onda ölkə ucuz fərdi nəqliyyat vasitələrinə kəskin ehtiyac duyurdu. Koreya şəhərlərinin küçələrində şütüyən velosipedlərin böyük hissəsini xaricdə alırdılar. Yerli istehsalda boş yeri görən Kyungsung Precision Industry rəhbərliyi ilk velosipedi buraxır - Samcholli-ho.

Halbuki bazarın belə məhsula ehtiyacı var idi, firmanın işləri gözlənildiyindən də pis gedirdi. Bundan başqa, müharibə başlandı. Bu şirkətin menecmentini, istehsal gücünü Pusan şəhərinə köçürməyə məcbur etdi, ora nisbətən sakit idi. Kustar üsullarla istehsala baxmayaraq, KIA vətənində əsl texnoloji sıçrayış etmişdir: O zaman Koreya çox kasıb və geridə qalmış ölkə idi.

1952-ci ildə şirkət öz adını KIA Industrial Company-yə dəyişir. O vaxt firmanın buraxdığı bir velosiped modeli KIA adını daşıyırdı.

1953-cü ildə müharibənin sonuna yaxın Cənubi Koreya sənayesi xarabalığa çevrilmişdir. Bərpası ləng baş verdi. Prezident Pak Çon Hi bütün siyasi və iqtisadi hakimiyyəti öz əlində topladı və iqtisadi artım ideyasına nail oldu. KIA nəqliyyat vasitələrinin istehsalçısı kimi, ölkə rəhbərliyinin iqtisadi ambisiyalarından yalnız faydalanmışdır: iqtisadiyyatda canlanma şirkətə mənfəət gətirirdi.

Bundan başqa, avtomobil istehsalçısı xüsusi bir sektorda yalnız bir aparıcı şirkətin inkişafını stimullaşdırmaq üçün Pak Çon Hi siyasətinin bir hissəsi kimi dövlət yardımı alırdı. Prezident hesab edirdi ki, rəqabətin yoxluğu və güclü maliyyə axınları inkişafı sürətləndirəcək. KIA - dəzgah, müxtəlif sənaye malları və yük maşınlarının buraxılışı ilə məşğul olan şirkət kimi seçildi.

1955-ci ildə КIA uğurun dadını hiss etdi: onun məhsulları çox məşhur idi. Bu Şayhunq şəhərində yeni zavodun açılmasına və əlavə fəaliyyət sahələrinin tapılmasına səbəb olmuşdur. Belə ki şirkət motorlu texnikanın hazırlanmasının məqsədəuyğunluğu qənaətinə gəldi. 1957-ci ildə ilk motoroller, 1961-ci ildə isə üçtəkərli motosiklet C-100 buraxılır.

1962 və 1966-ci illər arasında, Pakın birinci beşilliyi zamanı avtomobil sənayesi üçün KIA çoxlu xarici qovşaq və detallar idxal edərək, nəqliyyat vasitələrini yerində toplayırdı. Şirkət, avtomobillərin yaxud onların əsas komponentlərinin gətirilməsini qadağan etmiş qanunla qorunurdu.

Bir il sonra ilk üçtəkərli yük maşını К360 yaranır, onun istehsalı 1973-cü ilə qədər davam etdi. O iki sərnişin üçün nəzərdə tutulmuşdur və arxa ötürücü sistemli idi.

1965-ci ildə şirkət xarici bazarlara çıxmağa qərar verdi, onlardan ilki Şimali Amerika ölkələri oldu.

İkinci beşillik (1967-1971) ərzində KIA xarici təchizatçılardan əldə edilmiş bilikləri geniş tətbiq edərək daha çox öz istehsalı olan ehtiyat hissələri və qovşaqlardan istifadə edirdi. 1970-ci ildə firma idxal asılılığından artıq, demək olar ki, tam qurtuldu, öz texnologiyasının inkişafı üzərində cəmləşdi və nəticədə ona dünya bazarında uğurlu oyunçu olmaq imkanı verdi.

1971-ci ildə son dərəcə məşhur olan dördtəkərli yük maşınları - Titan və Boxer yaranır. Titan modeli o qədər çox idi ki, koreyalılar prinsipcə bütün yük maşınlarını "titan" adlandırırdılar.

KIA Titan 3,5-4,5 ton faydalı yüklü, tamotürücülü maşın idi. O 2.7 və ya 3.6 litr mühərriklə, 5 öütürücülü mexaniki sürət qutusu ilə təchiz olunmuşdur.

Elə həmin il КIA adını KIA Corporation adına dəyişir və yapon Mazda konserni ilə əməkdaşlığa başlayır, konstruktor köməyi ilə gələcəkdə modelin bir çox markaları yaradılır.

Koreyalılar minik avtomobilinin hazırlanması 1960-cı illərdən başlamışdırlar. Lakin birinci maşın 1974-cü ildə buraxıldı. Uzunmüddətli inkişaf planına əsasən Pakın avtomobiltikintisi böyüyürdü, KIA və Hyundai paralel olaraq işləyirdilər, lakin birbaşa rəqib deyildilər, çünki mühərrikinin həcmindən asılı olaraq avtomobillər qiymətləndirilirdi.

1972-ci ildə KIA avtomobil istehsalı üzrə lisenziya alır və öz ilk avtomühərrikini yaradır. Bu iki ildən sonra Sohari şəhərində yerləşən zavodda ilk seriyalı minik avtomobili olan "Brisa"nın istehsalına imkan verdi. Onun konstruksiyalaşdırılmasında Mazda işləmələrindən geniş istifadə olunurdu və özü də maşın 1300 yapon modeli ilə oxşar idi. Brisa 985 kub/sm həcmində 4 silindrli, 55-62 at gücü olan qənaətli mühərriklə təchiz edilmişdi. Avtomobilin 140 km/s maksimal sürət yığırdı. Sonradan model 1,3 litrli, 72 at gücü olan mühərrik aldı.

Bu, beynəlxalq bazara çıxan ilk Koreya avtomobili idi: 1975-ci ildə Brisanın bir neçə nüsxəsi Qətərə gedir.

70-cı illərdə KIA şirkəti KIA Machine Тооl Ltd. və KIA Service Corp. törəmə müəssisələrini yaradır. 1976-cı ildə orta və ağır yük maşınlarının, həmçinin ordunun ehtiyacları üçün xizəkli-tırtıllı avtomobillərin istehsalçısı Asia Motors-u satın alır.

1978-ci ildə firma özünün dizel mühərrikini hazırlayır və onları tezliklə avtomobillərə komplektləşdirməyə başlayır. O zaman KIA artıq keyfiyyətli koreya avtomobil istehsalçısı kimi məşhur idi ki, bu da daxili bazar üçün Fiat 132 və Peugeot 604 minik avtomobillərinin hazırlanması hüququnu almaq üçün şirkətə imkan verdi.

80-ci illərin əvvəlləri dərin maliyyə böhranı ilə əlamətdar oldu. Ciddi çətinliklər hiss edərək, çoxalmış istehsal problemlərinin həlli yollarıni görməyərək, 1981-ci ildə şirkət həmin vaxt hazırlanan motosiklet və bütün dörd model minik avtomobilinin buraxılışdan imtina edir. Şirkətin mülkiyyətçiləri peşəkar menecerlər komandasını cəlb edərək, onun idarə olunmasından uzaqlaşır ki, bu da KIA-ya yeni inkişaf səviyyəsinə çıxmaq imkanı verdi.

Şirkət Bongo kommersiya avtomobillərinin buraxılması üçün bütün səylərini toplayır. Bu ailəyə yüngül yük maşınları, mikroavtobuslar və fermer pikapları daxil idi. 1983-cü ildə yeni 1 tonlu Ceres yük avtomobili buraxılır. Bir il sonra onun tamötürücülü versiyası mümkün oldu. O Bongonun əvəzinə Türkiyə, Filippin və Latın Amerikası ölkələrinə ixrac olunurdu.

Kommersiya sektorundakı uğurlu satış yenidən minik avtomobili istehsalına qayıtmağa imkan verir. 1987-ci ildə Mazda 121 əsasında büdcəyə uyğun Pride modeli buraxılır, xarici bazarda Festiva adı altında məhşurdur.

İlk vaxtlar avtomobil, həcmi 1324 kub/sm, 60 və ya 73 at gücü təşkil edən mühərriklə təklif edilirdi. O, yan toqquşmasına qarşı gücləndirilmiş qapılarla və ikiqat əyləc ötürücüsü, 1996-ci ildən isə təhlükəsizlik yastığı ilə təchiz edilmişdir.

Öz işgüzarlığı və faydalılığı sayəsində bu azlitrajlı avtomobil tez məhşurlaşdı. Bu model cəmi təxminən 2 milyon ədəd istehsal olunub. Bəzi ölkələrdə bu modelin hazırlanması bu günə qədər davam edir.

Satışı mənimsəyərək, şirkət texnologiya haqqında da unutmur. 1984-cü ildə Soharidə ilk KIA konstruktor bürosu açılır. Tezliklə daha iki büro Koreyada, dördü isə ölkə xaricində yaradılır.

Şirkət daxili bazarda rəqib sarıdan korluq çəkir və Yaponiya və Avropa bazarını zəbt edərək təcavüzkar uğurlu ixrac kampaniyası aparır. 80-ci illərin ortalarında KIA təqribən ildə 300 000 avtomobil satır, əsasən Cənubi Koreyada.

1987-ci ildə KIA dünyanın ən perspektivli avtomobil bazarlarından birinə çıxır - Şimali Amerika. Buna Festivanın çatdırılması üçün Ford Motor ilə bağlanmış, aşağı gəlirli alıcılara istiqamətlənmiş saziş səbəb olmuşdur. Birinci ildə ABŞ-dakı əməliyyatlardan KIA-nın satış gəliri 2,4 milyard dollar təşkil etdi.

80-ci illərin ortalarında KIA-nın menecmenti görür ki, yapon istehsalçıları, hətta ölkə daxilində olan əsas rəqibi Hyundai bahalı avtomobil istehsalını mənimsəyir. KIA isə başa düşürdü ki, öz istehsalının aşağı qiyməti səbəbindən ucuz avtomobil yerini uğurla doldura bilər. Yapon və amerikalı avtomobiltikinti şirkətləri ilə mübarizədə əsas vasitə ucuz əmək haqqı oldu.

Əlavə olaraq işçi qüvvəsinin dəyərinin aşağı olmasından, Koreyada tətbiq edilən sərt ticarət maneələrinin olmasından KIA faydalandı. Əvvəllər Koreya bazarı kiçik tutumluluğuna görə xarici şirkətləri maraqlandırmırdı. Belə ki, 1988-ci ildə Koreyada cəmi 305 xarici avtomobil satılmışdır. Həmin vaxt ölkə yarım milyondan çox avtomobil ixrac edirdi, onların əksəriyyəti Hyundai və KIA tərəfindən istehsal edilirdi.

Lakin iqtisadiyyat artdıqca avtomobil bazarına dünyanın əsas istehsalçılarını buraxması üçün xarici dövlətlər Cənubi Koreyaya təzyiq göstərməyə başlayırlar. 80-ci illərin sonlarında sərt məhdudiyyətlər götürüldü, amma az aşkar maneələr qüvvədə qaldı. Ona görə də xarici avtoşirkətlərin tammiqyaslı Koreya bazarına hücumu yalnız 90-cı illərdə başlayıb.

Hələlik isə şirkətin işi dağa gedir. 2,0 litr həcmli benzin mühərrikli Concord minik avtomobili, sonra isə 1.5 litr həcmli Capital buraxılır. 1988-ci ildə milyonluq avtomobil konveyerdən çıxır. Kommersiya avtomobillərindən Trade və Rhino modelləri, eləcə də Besta mikroavtobusu yaranır.

1990-cı ildə şirkət KIA Motors Corporation adını götürür. Elə həmin il yeni 1.5 DOHC mühərriki yaranır ki, bu da bir çox modellərə quraşdırılacaqdır.

1992-ci ildə ABŞ-da KIA nümayəndəliyi açılır, Avropa bazarına isə Sephia modeli çıxarılır. Həmin il kompakt yolsuzluq maşını Sportage yaranır, hansı ki, təxminən 10 il idi hazırlanırdı. O, tam ötürücülüyünə, yaxşı keçmə qabiliyyətinə və ucuz qiymətinə görə alıcıları fəth etmişdir.

1995-ci ildə Mazda 626 əsasında Clarus modeli buraxılır. Onun fərqləndirici cəhətləri cəlbedici dizaynı və aerodinamikası idi.

1995-ci ildə Tokio avtosalonunda KIA Elan modeli təqdim olundu, hansı ki, öz özlüyündə Böyük Britaniyanın önötürücü modifikasiyalı 1,8 - 16v mühərrikli Lotus Elan-ı təmsil edirdi. O, kompozit materialdan banla və 140 at güclü, həcmi 1,8 litr mühərriklə təchiz edilmişdir.

Həmin ildə şirkət 1 milyondan çox avtomobil ixrac etdi və Koreyanın ən böyük avtomobil istehsalçılarının üçlüyünə daxil oldu. Kalininqradda yeni "Kia-Baltika" zavodu açılır markalı avtomobillərin yığılması, harada ki, avtomobil markası yığılırdı.

1997-ci ildə tam ötürücülü, kəsilməmiş arxa körpülü və çərçivə konstruksiyalı, yüksək qabiliyyətli kompakt avtomobilin prototipi Retona təqdim olunub.

Həmin il Asiya ölkələri güclü iqtisadi böhrandan əziyyət çəkirdi. 1997-ci ilin iyul ayında KIA-nın borcları 5,7 mlrd. dollar təşkil edirdi. Şirkət son üç il ərzində mənfi təmiz gəlir qazanırdı.

KIA özünün müflis olduğunu elan etdi və hərraca çıxarılmışdı. Şirkətin səhmlərinə malik olmaq hüququ uğrunda bir çox firmalar, o cümlədən Samsunq, Daewoo Motor və Ford Motor mübarizə aparırdı, hansı ki, Mazda ilə birgə artıq 17% səhm paketinə sahib idi. Lakin KIA ən çox qiymət təklif etmiş Hyundai Motor-a qismət oldu.

Yeni rəhbərliyin fəaliyyəti nəticəsində 1999-cu ildə marka yenə gəlir gətirməyə başladı. 2000-ci ilin payızında Hyundai-KIA Automotive Group qrupu yaradıldı, KIA-nın model cərgəsi isə yeniliklərlə zənginləşmişdir.

2001-ci ildə Paris avtosalonunda Magentis minik avtomobili debüt etdi, bunun əsas üstünlüyü qiymət və keyfiyyətin optimal nisbəti idi.. Həmçinin həmin vaxt Hyundai Accentin faktiki analoqu olan Rio modeli buraxılır.

2002-ci ildə şirkət 10 milyonluq avtomobil buraxdı, avtomobilin 60% -i isə ixraca getdi.

Bir il sonra Cerato (Spectra), Opirus və Xtrek modelləri, 2004-cü ildə yenilənmiş Sportage, 5 qapılı Cerato və Picanto istehsal olunur. Həmin ildə Slovakiyada zavodun tikintisinə start verildi.

2005-ci ildə "SOK" şirkətlər qrupu "İjAvto" Rusiya zavodunda KIA Spectra, bir il sonra KIA Rio, bir sonra isə KIA Sorento avtomobillərinin buraxılışını təşkil etdi. Rusiyanın İjevsk şəhərində bu marka avtomobillərin hazırlanması 2010-cu ilə qədər davam etdi.

2006-ci ildə KIA Motors şirkəti Audi və Volkswagenin keçmiş dizayneri Peter Şrayeri işə götürür. O, KIA modelinə tanınan "pələng diş ağartması" adlandırılan radiator barmaqlığı qoymağa başladı.

2007-ci ildə İngilis nəqliyyat idarəetmə İnstitutu KIA-nı ilin ən iri avtoistehsalçısı adlandırdı. Həmin il xüsusi olaraq Avropa bazarı üçün hazırlanan Сee'd təqdim olundu.

2012-ci ildə marka özünün ilk arxaötürücülü lüks sinfinə aid olan Quoris avtomobilini təqdim etdi. O, elə Hyundai Equus ilə eyni platforma üzərində tikilib, amma iri təkər bazası, daha qısa çıxıntılı və aqressiv dizaynı ilə fərqlənir.

İndi koreyalı avtomobil istehsalçısı Rusiya avtomobil zavodları ilə fəal əməkdaşlıq edir. Kalininqraddakı müəssisədə "Avtotor" şirkəti Sportage New, Sorento, Soul, Cerato, Venga, Cee'd, Mohave Quoris və Optima kimi modelləri yığırlar.

2010-cu ilin yekunlarına görə, Rusiyadakı satış üzrə KIA markası xarici istehsalçılar arasında ikinci yeri tutub.

15 avqust 2011-ci ildə peterburq Hyundai zavodunda, Rusiya şərtlərinə yaxşı uyğunlaşdırılmış KIA Rio modelinin hazırlanmasına başlanmışdır. O Hyundai Solaris və Hyundai i20 ilə eyni platformada qurulub. Bu avtomobil Hyundai Solaris və LADA Grantanı qabaqlayaraq Rusiyada ən çox satılan avtomobil olub.

Koreya avtonəhəngi 172 ölkədə satışını təşkil edir. Korporasiyası 40 000-dən artıq əməkdaşı var və illik gəliri 17 milyard dollardan artıqdır.

İstehsaldan başqa, avtoşirkət texnoloji yeniliklərin tətbiqi üçün səylərini toplayır və elmi araşdırmalar aparır. Xüsusilə, Seul yaxınlığında olan Elmi-tədqiqat institutu hidrogen yanacaq elementli nəqliyyat vasitələrinin yaradılması üzərində işləyir.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər