Aeratravel.az
Aeratravel.az

1450 km məsafəni qət edən pilotsuz yük maşını

  • 1 656
  • 0
  • 21-05-2021, 17:34
1450 km məsafəni qət edən pilotsuz yük maşını Magistral dartıcılar üçün avtomatik idarəetmə sistemləri hazırlayan TuSimple texnoloji şirkəti, özünün texnologiyasının səmərililiyini nümayiş etdirdi. Bunun üçün şirkət, Arizonadan Texasa (1450 km) qarpızla dolu yük maşını göndərdi, avtopilot real sürücüdən fərqli olaraq yolun son nöqtəsinə daha tez çatmağı bacardı.


TuSimple-də əmindirlər ki, pilotsuz texnologiyalar yüklərin daşınmasının səmərəliliyini artıracaq, buna görə də texnologiyanın üstünlüklərini real nümunələrlə sübut etməyə hazırdırlar. Belə bir nümayiş üçün, başlanğıc meyvə və tərəvəz tədarükçüsü Giumarra Companies və Associated Wholesale Grocers topdansatış şirkətləri ilə Tuson, Arizona, Dallas, Texasa qarpız tədarükünü birlikdə təşkil etdi. Yolun başlanğıc və bitmə nöqtələri arasındakı məsafə 1450 km idi.


Dartıcının kabinəsində sığortalı sürücü olmasına baxmayaraq, dartıcı yolun çox hissəsini avtopilotla getdi – insanın köməyi yalnız “birinci və son mil” hissələrində lazım oldu. Ümumiyyətlə belə bir səyahət 24 saat 6 dəqiqə çəkir, lakin TuSimple-də 14 saat 6 dəqiqə ərzində tamamladı, yəni vaxtı 42% qısaldıblar. Giumarra Companies-in prezidenti Tim Raylinin sözlərinə görə, pilotsuz texnologiyanın tətbiqi sənayedə oyun qaydalarını dəyişdirəcək və ən əsası, uzaq kəndlərə və ərzaq səhraları deyilən yerlərə, məhdud girişli ərazilərə təzə ət, meyvə və tərəvəz çatdırılmasını sürətləndirəcək.


TuSimple avtopilotunu 4-cü səviyyə sistemi olaraq təsnif edir, yəni çox nadir hallarda sürücü müdaxiləsi tələb olunur. Yük maşınının qurğuları ətrafı 360 dərəcə nəzərdən keçirir və istənilən hava şəraitində bir kilometr irəlini "görür". Avtopilotu işləyən hesablama platforması, dəqiqədə 600 trilyona qədər əməliyyat emal edir və elektronikanın reaksiya müddətini bir insana nisbətən 15 dəfə azaldır.


Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər