Aeratravel.az
Aeratravel.az

Mercedes E-Class W210 - əsatirlər və faktlar

  • 6 494
  • 0
  • 3-06-2021, 21:08
Mercedes E-Class W210 - əsatirlər və faktlar Mercedes E-Class W210 bu gün əfsanəvi klassiklərin sıralarında fəxri yer tutur. O vaxtdan bəri, bu model bir çox mif yaradıb: mübahisəli "4 göz" fənərlərdən, gövdənin çürüməsinə və aşağı təhlükəsizliyə qədər. Hansı miflərin həqiqət olduğu ortaya çıxdı - təhlil edəcəyik.

1-ci əsatir: 90-cı illərdə hazırlanmışdır


Belə bir mif, yeni "4 göz" dizaynı sayəsində ortaya çıxdı, ona görə də çoxları avtomobilin layihələndirilməsindən bir müddət sonra konveyerdən çıxdığını düşündü. Lakin, 1988-ci ildə mühəndislər növbəti layihəni hazırlamağa başladılar (o zaman "W124" 3 il idi ki, istehsal olunurdu). Əgər, texniki hissədəki konsepsiya çox fərqli deyildisə, xarici hissədə əvvəlki nəsil ilə çox az ortaqlıq var idi.



2-ci əsatir: W210-un dizaynerinin adı hələ də məlum deyil – bu doğrudur


W210-un görünüşü həqiqətən çox mübahisələrə səbəb olur, buna görə Mercedes-in dizaynı üçüncü bir təşkilatdan sifariş etdiyi, işçilərinin guya belə bir şey fikirləşə bilmədiklərini söyləyirlər.
Hekayə uzaq səksəninci illərdən başlayır. GM ilə işləmiş o vaxt hələ də gənc, naməlum dizayner Maykl Fink, işə düzəlmək ümidi ilə eskizlərini Mercedes-Benz-ə göndərdi, hansı ki, elə 1989-cu ildə baş verdi. Eskizlər cəmi 3 il sonra, 1993-cü ilin mart ayına qədər Cenevrə avtosalonunda nəsə təqdim etmək lazım olduqda, lazımlı oldu. 4 ay ərzində "Italdesign" studiyası tərəfindən tam hüquqlu bir maket düzəldildi. Konsepsiyanın müəllifi W201, W124, W126 modellərinin əfsanəvi görünüşünü təqdim edən Bruno Sakko hesab olunurdu, lakin digər mənbələr W210 dizaynı Maykl Finkin işi olduğunu göstərir. O, həmçinin W168, W163, CLK W209 dizaynının müəllifi oldu, C219 dizaynını da patentləşdirdi. Fink, 2001-ci ilə qədər Daimler AG-də çalışdı.
Yeri gəlmişkən, mübahisəli görünüşünə baxmayaraq, W210, qeyri-adi dizaynına görə “ROTER PUNKT” mükafatını aldı.


3-cü əsatir: W210, BMW E39-dan bahalı idi


20 ildən çox davam edən uzun bir mübahisədə xüsusiyyətlərinə və görünüşünə əlavə olaraq, əvvəldə kimin daha bahalı olduğu barədə mübahisə edirlər. Düzgün məlumata malik olmayan bir çoxları, Mercedes-Benz W210, BMW 5-series E39-dan bərabər təchizat və mühərrik həcmi baxımından daha bahalı olduğunu düşünürdülər. 1998-ci ildə, 2 litrlik mühərriklə əsas versiyada W210-un qiyməti 56 900 alman markası təşkil edirdi, BMW-nin qiyməti isə 57 000 alman markasından başlayırdı. Fərq əhəmiyyətsizdir, lakin avtomobillərin təxminən eyni qiymətə olduğunu söyləmək daha doğru olar. Qiymətdəki cüzi fərq, avtomobillərin bir-birinə rəqib olması ilə izah olunur, bu da onların qiymət kateqoriyasının eyni olması deməkdir.



4-cü əsatir: zavod zirehli versiyası var idi - bu doğrudur


90-cı illərdə, keçmiş SSRİ-nin geniş ərazilərində Mercedes avtomobilləri tez-tez atəşə tutulur və partladılırdı, məlum səbəblərə görə. Axı adi insanlar belə avtomobil sürmürdülər. Beləliklə, əsil zirehli avtomobillərin alınması zərurəti yarandı. Mercedes və BMW isə artıq avtomobil istehsalı mərhələsində gizli zireh həyata keçirən şirkətlərdən biri idilər. Beləliklə, 1995-ci ildən B6 səviyyəsinin qorunması ilə zirehli versiya istehsal etməyə başladılar, lakin bu vəziyyətdə W210 – 4.2 və 4.3 litr həcmli V8 mühərrikləri ilə təchiz olunurdu. Zireh, 7.62 çaplı avtomatın bir nöqtəyə 10 metrdən atəş etməsi halında 3 qat zərbədən qoruya bilirdi. Yeni avtomobilin qiyməti 134 850 dollar idi.
1997-ci ildə "yüngül" versiya olan V6 mühərrikli daha yüngül B4 zirehini hazırladılar.


5-ci əsatir: dəyişiklik əvvəlki dəyişiklikdən yalnız dizaynına görə fərqlənir


Əslində dəyişiklik edilmiş versiyada həm dizaynı, həm də texniki hissəni əhatə edən 1800-dən çox dəyişiklik edilmişdir. Avtomobil daha da elektronikaya sahib oldu: sükan üzərindəki düymələr bort kompüterini idarə etmək üçün istifadə edilə bilər, Comand multimedia sistemi yarandı, ön oturacaqlar havalandırıldı, əsas dəstlər artıq ESP ilə gəlirdi.



2,8 litrə qədər olan bütün mühərriklər yeni əl ilə qoşulma funksiyası olan 5G-Tronic (722.6) avtomatik sürət qutusu, elektron idarəetmə və hidrotransformator kilidi ilə işləyir. Avtomatik sürət qutusunun üstünlüyü ondadır ki, 5-ci ötürmənin qoşulmasında problem yaşayırlar, ona görə də W124-dən olan 4 pilləli köhnə avtomatik ötürücülərə dəyişdirilməsi təəccüblü deyil. Köhnəlmiş dizel mühərrikləri əvəzinə, turbin və elektron borucuqlara sahib yeni CDI mühərrikləri meydana çıxdı, bu da güc və səmərəlilik baxımından xeyli fərqləndi.


6-cı əsatir: O dövr üçün tam ötürücülü W210 müasir idi – bu doğrudur


Əslində, 4MATIC W124-də 1987-ci ildə quraşdırılmışdır. "4 göz"də isə tam ötürücü 1998-ci ildə təqdim olunmağa başladı və elektron idarəetmə ilə təkmilləşdirilmiş bir versiya idi. Tam ötürücü ilə həm kəskin başlanğıcda, həm də uzun döngələrdə sürüşmənin qarşısını almaq mümkün oldu. çün tam ötürücülü W210 müasir idi.
7-ci əsatir: W210, əvvəlcə təhlükəsizlik və korroziyaya davamlılıq problemi yaşadı – bu doğrudur, amma qismən


W210-un əsas versiyası təhlükəsizlik yastıqları ilə təchiz edilmiş, qəza zamanı sürücünün və sərnişinlərin həyatını və sağlamlığını qorumaq üçün deformasiya zonaları artırılmışdır. Lakin, EuroNCAP sınaqlarına görə, "4 göz" ayaq nahiyəsindəki güclü deformasiyaya görə yalnız üç ulduz aldı, ön stəkanların güclü tərk etməsi səbəbindən qaynaq şovları ayrıldı, əyləc pedalı isə 23 santimetrə qədər dəyişdi!



Həmçinin, öndə oturan sərnişinin təhlükəsizlik kəmərindən güclü yüklənməsi xoş olmadı. Dəyişiklikdən sonra avtomobil 4 ulduz qazanmağı bacardı. Ancaq korroziya ilə mübarizə edə bilmədilər. Bu gün, xüsusilə MDB ölkələrində korroziya ocağı olmayan W210 tapmaq çətindir. Hər şey paslanır: stəkanlar, kandarlar, tağlar, qapı dibləri, qaynaq şovları. Xüsusilə də bir qəzadan sonra gövdənin bərpası tam olmur. Təkrar qəza gövdənin sərtliyini köhnə "Jiquli" səviyyəsinə bərabərləşdirə bilər.


Müəllif"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər