Aeratravel.az
Aeratravel.az

Tez-tez sıradan çıxan ən pis işlənmiş 3 avtomobil

  • 1 934
  • 0
  • 15-06-2021, 14:36
Tez-tez sıradan çıxan ən pis işlənmiş 3 avtomobil Köhnə avtomobillərin əksəriyyəti sıradan çıxanda kömək edəcək istehsalçı zəmanətinə malik olmayacaq. Buna görə də etibarlı avtomobillər seçməlisiniz.

Bazarda müxtəlif avtomobil istehsalçılarından bir çox təklif var və hamısı özlüyündə etibarlıdır. Biz markaları daha yaxşı seçməyinizə kömək edəcək siyahı hazırladıq. Ona digərlərindən daha tez-tez sıradan çıxan üç şirkət daxildir.


3. Renault

Renault Megane sahiblərinin 57%-i avtomobillərinin sıradan çıxdığını bildiriblər. Mənbə: Vikipediya

Renault avtomobillərinin etibarlılıq reytinqində göstəriciisi 72,6%-dir. Çox qüsurlu xüsusi bir pis modeli yoxdur, amma Scenic (2009-2016) avtomobillərinin sahiblərində 46%, Megane (2008-2016) sahiblərində isə 57% sıradan çıxma halları olub.

2. Nissan

Nissan Qashqai 2007-2013 etibarlılıq reytinqində 45,6% göstərici əldə etdi. Mənbə: Vikipediya

Nissan etibarlılıq reytinqində 70,4% göstəricisiyə malikdir. Markanın bu siyahıda ikinci yeri tutmasının əsas səbəbi Qashqai modelidir. 2007-2013-cü illərin buraxılışı olan Qashqai modelinin etibarlılıq reytinqi 45,6%, yeni versiya (2014-2020) isə cəmi 46,3% təşkil edir. Həmçinin sahiblərinin% 38-i avtomobillərində problem olduğunu bildiriblər.

1. Land Rover

Land Rover Discovery modeli sayəsində etibarlılıq reytinqində 66,3% göstəricili əldə etdi. Mənbə: Vikipediya

Land Rover maşınları etibarlılıq reytinqində yalnız 66,3% göstərici yığdı. Discovery Sport modeli ən etibarsız böyük SUV-dur. O, etibarlılıq reytinqində 51,4% göstərici əldə edib, sahiblərinin 43%-i isə öz avtomobillərində ən azı bir nasazlıq olduğunu bildiriblər. Discovery (2004-2017) lüks sinfindən olan 45,7% reytinq və 52% nasazlıq göstəricisinə malik üçüncü ən pis SUV-dur.


Tərcümə: Famil Ələkbərov
Mənbə: obozrevatel.com

Şərhlər