Sırala:

Sükan tutma vərdişinizə görə xaraketrinizi öyrənin

  • 461
  • 0
  • 23-06-2021, 13:10
Sükan tutma vərdişinizə görə xaraketrinizi öyrənin
Qəribədir, sürücünün dörd təkərli dostunun sükanını necə tutduğuna baxsanız, onun xarakterinin necə olduğunu bilərsiz.
Yuxarıda gördüyünüz şəkildə sürücülərin əllərini necə tutduqlarına dair 10 tip öz əksini tapıb.
Onların arasında ən çox necə vərdiş etdiyinizi tapın.
Tapdınız? Onda özünüz haqqında çox maraqlı şeyləri oxumağın zamanı gəldi!

Hansı tipə sahib olduğunuzu səmimi qeyd edək=)

👉1-ci tip – Minimalist
Siz, həmişə hər şeyi asanlaşdırır və mümkün fəsadları atırsınız. Əşyalardan və insanlardan asanlıqla ayrılırsız. Çox az dostunuz var, amma hamısı zamanla sınanıbdır.


👉 2-ci tip – Şən
Ətrafında hər zaman fikirlər dolaşan çox yaradıcı və pozitiv şəxsiyyətlər. Bu cür insanlarla əlbəttə darıxmayacaqsız!


👉 3-cü tip – Sülh elçisi
Heç vaxt səsinizi elə belə qaldırmırsız. Həmişə mübahisə üçün tutarlı dəlil axtarırsız. Sakit davranışınız ilə seçilirsiniz.


👉 4-cü tip – Təmizlik həvəskarı
Siz həmişə uğur qazanırsınız. Fəaliyyətlərinizdə qurulmuş plana əməl edirsiz. Bəzən ən xırda detallara girirsiz.

👉 5-ci tip – Hay-küyçü
Dəyişikliyi sevmirsiniz və heç vaxt düşünülməmiş qərarlar verməyəcəksiniz. Şüarınız: "Yüz ölçməkdənsə, bir biçmək yaxşıdır".

👉6-cı tip – Macəra həvəskarı

Hər zaman həyatdan hər şeyi alırsan! Macəra və eşqbazlığı sevirsiz. Həmişə istənilən vəziyyətdən maksimum sıxırsız.

👉 7-ci tip – Rəhbər
Müdrik, özünü tənqid edən və təşkilatlanmış. Birinin yaxşı məsləhətə ehtiyacı varsa, həmişə sizin yanınıza gəlir. Əsas "məqamınız" istənilən, hətta ən mürəkkəb prosesi yaxşı təşkil etmək bacarığıdır.

👉 8-ci tip – Cənab etibarlılıq
Ən çətin vəziyyətdə düşməni belə dəstəkləyirsiz. Səmimiyyətinizə yalnız qibtə etmək olar.

👉 9-cu tip – Soyuq hesablama
Hisslərinizi heç vaxt başqalarının qarşısında göstərmirsiz. Həmişə düşünülmüş hesablama ilə hərəkət edirsiz. Ürəyinizə nəyisə heç vaxt salmırsız.

👉 10-cu tip – Qorxmadan irəlidə getmək
Başqalarının fikirlərinə laqeyd yanaşmırsınız. Həmişə planlaşdırdığınıza nail olursunuz. Komandanızda olmayan hər kəs – həmişə sizə qarşıdır!


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər