Aeratravel.az
Aeratravel.az

Avtomobilin qışa hazırlanması: standart yoxsa reallıq?

  • 1 008
  • 0
  • 26-06-2021, 22:17
Avtomobilin qışa hazırlanması: standart yoxsa reallıq?

Avtomobillər də insan kimi müəyyən temperaturda “sağlam yaşaya” bilir. Adamlar üçün soyuq pis təsir edir, onları xəstə edir, bəzən kəskin soyuq öldürə də bilir.


Avtomobildə də bu, belədir. Ona görə hava soyuyan kimi müxtəlif xəbərdarlıq yazıları yazılır. Bunların əksəriyyəti həqiqətdir (bəziləri sırf marketinq xarakteri daşıyır). Amma bir məsələ var ki, bunlar standartdır. Yəni standarta görə avtomobili qoruyan onu “isidən” mayelərdir. Mütəxəssislər də bunları dəyişməyi məsləhət görür, ancaq bu “sağlam maşınlara” aiddir.


Təəssüf ki, maddi imkan çatışmazlığından Azərbaycanda demək olar ki, 70 %-dən çox maşın “sağlam” deyil. Ona görə də yazılan qışa hazırlıq yazıları effektiv deyil. Bu halda ən yaxşı yol individual yoldur.


Hər bir tərcübərli sürücü maşınında nə olduğunu bilir. O bilir ki, pis yağı töküb və uzun müddətdir dəyişmir. Belə halda soyuq hava mühərrik sistemini daha tez dağıda bilir (adam özü də belədir, əgər xəstədirsə, o soyuğa çıxsa ağırlaşar, hətta ölə də bilər). Ya da sürücü bilirsə ki, onun radiatoru tutulub və ya bundan qabaq su ilə sürüb (yayda adətən belə edirlər), ya da pis antifriz töküb, sistemdə bulanıqlıq hiss edir. Belə halda sürücü təzə antifriz töksə belə bundan xeyir tapmayacaq. Çünki pas və digər bulanıqlıq soyuq havada daha da dərinləşib sistemi sıradan çıxaracaq.


Belə desək, əgər avtomobil sağlamdırsa, onda standartla getməlidir. Yox əgər o “xəstədirsə”, onda ona “əməliyyat” lazımdır (yəni yeni detalla dəyişdirmək). Əgər xəsarət azdırsa, onda avtomobilləri qışda “vitaminlər”lə də (mayelər üçün qatqılar) sağlamlaşdırmaq olar. Avtomobili “vitaminlərlə” və düzgün seçilmiş mayelərlə sağaltmaq daha ucuz başa gəlir. Amma bunu düzgün istifadə etmək lazımdır (çünki hər şey düzgün seçilməlidir). Əksəriyyət sürücü isə haqlı olaraq bunu bilmir, çünki bu, onların işi deyil.


Avtomobiliniz sağlamdırmı? “Xəstəliyi” “əməliyyat”sız aradan qaldırmaq olarmı? Ona hansı mayelər və ya “vitaminlər” lazımdır? Avtomobilin xərcləri nə ola bilər və ya nə qədər resursu qalıb? Bu və ya buna bənzər suallarınıza cavab vermək üçün biz Avtok1ub Yağ Mərkəzi olaraq hər zaman yanınızdayıq. 


Gəlin avtomobilinizi bərabər qoruyaq, avtomobiliniz hər zaman “sağlam” qalsın!

Şərhlər