Aeratravel.az
Aeratravel.az

Salondan pis qoxu (zəhər, qaz iyi) gəlir? Deməli zəhərlənirsiniz!!!

  • 1 441
  • 0
  • 26-06-2021, 23:04
Salondan pis qoxu (zəhər, qaz iyi) gəlir? Deməli zəhərlənirsiniz!!!

Yeni avtomobil almaq üçün bu gün sıravi Azərbaycanlı üçün çox çətindir, ona görə köhnə avtomobilləri istifadə etmək məcburiyyəti yaranır. Bu avtomobillərdə isə salondan dəm qazı (uqar, carbon monoxide), sadə dildə desək qluşiteldən çıxan qaz iyi gəlməsindən çox adam şikayət edir.


Bu qaz avomotilə müxtəlif yollarla daxil olur. Bu haqda yazmaq istəmirəm, sadəcə ümumiləşdirsək, bu avtomobilin texniki cəhətdən nasaz olması və zəhərli qazların içəriyə daxil olması ilə nəticələnir. Amma bu, çox təhlükəlidir. Siz asta-asta zəhərlənirsiniz.


Bu, bir çoxlarında baş ağrısı, ürək bulanma, halsızlıq, sarılıq, uşaqlarda qusma və huş itirmə kimi nəticələnir. Elə bilirlər ki, belə də olmalıdır. Halbuki bu insanlar yüngül zəhərlənmə keçirirlər, amma xəbərləri olmur. Uzun müddət olduqda isə bu, çox ciddi fəsadlarla nəticələnir.


Belə hal varsa, o avtomobili sürməmək zəhərlənməkdən daha yaxşıdır.


Çünki bəlkə də sabah daha gözəl avtomobil ala bilərsiniz, amma siz və ailənizin can sağlığı daha vacibdir.


Mənbə: Avto K1ub Yağ Mərkəzi

Şərhlər