Aeratravel.az
Aeratravel.az

Soyuq havada mühərrik səs edir?

  • 1 090
  • 0
  • 27-06-2021, 18:45
Soyuq havada mühərrik səs edir?

Bu, istənilən avtomobil sahibinin başına gələ bilər. Mühərrik yağlanması mühərrikin vəziyyəti, yağın keyfiyyəti, yağın köhnəlməsi, mühərrik hissələrinin yeyilməsi və çöldəki temperaturdan asılıdır. Belə ki, hətta ən yaxşı yağ və yaxşı vəziyyətdəki mühərrik belə soyuq havada yağlamanı zəif icra edir. Buna yağın köhnəlməsi (hətta yaxşı yağın da ömrü var) və mühərrikin də aşınmasını əlavə etsək,  o zaman çöldəki hava soyuq, yəni sıfırdan aşağı olarsa mühərrik ilk işə düşəndə səs gələ bilər. Bu, soyuq mühərrikdə yağ aclığı səsidir. Son günlərdə ölkə ərazisində havalar soyuq keçir. Bu da mühərrikin ilkin işə salınması zamanı səs deməkdir (səs 5 saniyədən bir 1 dəqiqəyə qədər gələ bilər, bundan sonra gələn səs daha çox təhlükəlidir və mühərriki dağıda bilər). Soyuq mühərrikdə yağlanmanın zəif getməsindən əmələ gələn səs dəmirin dəmirə sürtmə səsidir. Yağ çatdırmır, yağ aclığı əmələ gəlir. Beləliklə mühərrik aşınır və gücünü itirir. Bu hallar ekstrim hallar sayılır. Necə ki, hava soyuyanda biz özümüzə daha çox diqqət edirik ki, xəstələnməyək (çünki immunitet düşür, bu bədənin iş temperaturuna qaşı gəlir deyə itki olur) eləcə də mühərrikə daha çox diqqət edilməlidir.Bunun üçü ekstrim hallarda belə mühərriki qoruya biləcək yağlardan və eyni zamanda qatqılardan istifadə edilməlidir.

Belə hallara ən uyğun qatqı Meguin Visco Safe qatqısıdır. Bu qatqı yağlamanı sürətləndirir, sürətli fırlanan hissələr arasında qat yaradır, soyuq başlanğıcda (cold start yəni soyuq mühərriki işə salanda) mühərriki tam yağlayır, mühərrikdə yeyilmiş hissələrdən gələn səsi azaldır və ya tam kəsir, mühərrik ömrünü uzadır. Umumiyyətlə mühərrikdə yağ aclığı normal havalarda da olur. Bəzi sürücülər bunu hiss edir, bəzilər isə daha çox zədələnəndə başa düşür. Yağ aclığını hiss etmək sadədir. Mühərriki işə salan şaqqıltı səsi gəlir, elə bil dəmiri dəmirə vurursan. Bu səbəbdən də suallar verilir ki, biz nə edək ?

Hörmətli izləyicilərimiz və oxucularımız, mühərrikdən səsin gəlməsi səbəbindən birə də yağ aclığıdır bununda həlli yollarından biridə bu yazıda qeyd etdiyimiz qatqıdır. 

Soyuq qış günlərində özünüzə və avtomobilinizə yaxşı baxın.


Mənbə: Avto K1ub Yağ Mərkəzi

Şərhlər