Aeratravel.az
Aeratravel.az

Avtomat sürətlər qutusunda yağ dəyişmə problemləri: bublikdən yağ çıxmır?

  • 1 183
  • 0
  • 27-06-2021, 18:56
Avtomat sürətlər qutusunda yağ dəyişmə problemləri: bublikdən yağ çıxmır?

Avtomat sürətlər qutusununun yağ dəyişməsində əmələ gələn bir problem haqqında sizə məlumat vermək istəyirik.

Adətən yağı dəyişərkən bublik deyilən hissədə yağ qalır (təxminən 3 litr). Bu yağ süzülmür və təzə yağ töküləndə bu köhnə yağla qarışır və artıq təzə yağın da bir mənası qalmır. Buna çox usta ya fikir vermir, ya da özü də bilmir. Bəziləri isə deyir ki, bunun üçün gərək qutu (karobka) sökülsün.

Adətən bu, sürücülərə də qəribə gəlir. Sürücülər sual verirlər ki, sürətlər qutusuna 6 litr yağ getməli idi, amma usta sadəcə 3,5 litr əlavə etdi. Bundan sonra usta belə deyir: “Qardaş, narahat olsa, onsuz da bublikdəki yağı heç kəs dəyişmir. Belə də sür getsin”.

Əslində isə bu, düzgün yağ dəyişmə üsulu deyil.

Bu məsələyə diqqət yetirməyinizi xahiş edirik. Əks halda sürətlər qutusu yağının dəyişilməsinin bir mənası qalmır. Həm sürətlər qutusu zədələnir, həm də yağa verilən pul hədər gedir.


Mənbə: Avto K1ub Yağ Mərkəzi

Şərhlər