Aeratravel.az
Aeratravel.az

Mühərrik qoruyucusu, hətta yağsız mühərrikdə!

  • 1 077
  • 0
  • 12-07-2021, 17:27
Mühərrik qoruyucusu, hətta yağsız mühərrikdə!

Yağsız mühərrik olarmı? Aşınma önləyici – Mühərrik Verschleissschu

Mühərrik işlədiyi zaman bir çox hissələr yüksək dövrlərlə hərəkət edir, sürtünmə baş verir və nəticədə aşınma olur. Aşınmanın dərəcəsinə bir çox faktor təsir edir - avtomobilin soyuq mühərriklə idarə olunması, keyfiyyətsiz yağ, mühərrikdə yağın azalması, yüksək dövrlərdə idarə etmək, mühərriki qızdırmaq və s. Belə hallarla sürücülərimiz çox rastlaşırlar. Bu da gözlənilməz xərclərin yaranmasına gətirib çıxarır. Fizika qanunlarına görə, aşınmanın qarşısını almaq olmur, amma sürtünməni azaldaraq prosesin zəif getməsini və ehtiyat hissələrinin daha uzunömürlü olmasını təmin etmək olar. İlk öncə keyfiyyətli yağdan istifadə edilməlidir. Hər dəfə yağ dəyişəndə isə Meguin Motor Safe deyilən qatqıdan istifadə etmək lazımdır. Müasir mühərrik yağları ən son texnologiyalarla istehsal olunaraq çoxlu vacib funksiyanı daşıyır, buraya maşın hissələrini soyutmaq daxil olmaqla, onları təmiz saxlamaq, paslanmaya, korroziya və köhnəlməyə qarşı müdafiəni yerinə yetirmək daxildir. Yağın ən vacib funksiyalardan biri daha rahat nəticə əldə etmək (sürtünməni rahatlaşdırmaq) üçün hərəkət edən hissələrin arasında xüsusi bir qat formalaşdırmaqdır. Beləliklə hərəkət zamanı hissələr daha az sürtünür, daha az qızır və təbii olaraq aşınma azalır. Bu da maşın hissələrin vaxtından əvvəl qocalmasının qarşısını alır. 

Bəs MOTOR SAFE deyilən qatqı hansı işləri görür? 

Yuxarıda sadaladığımız məlumatlar ekstrim hallar üçün nəzərdə tutulmamışdır. Ekstrim hal deyərkən adətən bu hallar nəzərdə tutulur: avtomobilin qədərindən çox yüklənməsi, yüksək sürət, yoxuş yuxarı qalxmaq, yüksək ya da mənfi temperatur, mühərrikdəki yağın qədərindən aşağı düşməsi (buna sürücülərimiz diqqət etmir, çox vaxt daha ağır forma müşahidə olunduğu zaman yağın azaldığını hiss edirlər. Məs.: ön konsuldakı yağın işığı yandığı halda bəzən işıq sarı yanır, bəzən də qırmızı. Qırmızı yanırsa təhlükəlidir və avtomobili idarə etmək olmaz) mühərrikdəki digər nasazlıqlar (hansı ki, birbaşa ya da bu səbəbdən yağlanmaya təsir edir), mühərrikin temperaturunun qədərindən yuxarı qalxması. Adətən bu hallarda sadəcə yağ kifayət etmir, mükəmməl bir qorumaq üçün MOTOR SAFE dediyimiz qatqıya ehtiyac duyuruq. 

Hətta mühərrikdə yağ qalmadığı halda belə yenə də müəyyən bir zaman mühərrikin yağlanmasını dayandırmayan bu qatqı ehtiyat hissələri arasında temperatura davamlı daha qalın bir qat yaradaraq mühərrikin dağılmasının qarşısını alır. Motor Safe o qədər güclü qorunma edir ki, hətta yağ olmasa belə mühərriki qoruyur. Hətta bu məhsulun adı almanca “motor verschleißschutz”, yəni mühərrik aşınma önləyici deməkdir. Düşünün, əgər aşınma olmazsa və ya minimuma enərsə nə olar? Əlbəttə, yeyilməyən metal sizə daha uzun illər xidmət edəcək. 

İstifadə qaydası

Hər dəfə yağ dəyişərkən bu qatqıdan istifadə tövsiyə edilir. Yeni yağ dəyişdirilərkən yağla bərabər mühərrikə əlavə edilir. 250 ml-lik qablaşdırma 6 litr yağ üçün nəzərdə tutulur. 

Nəticələri

Avtomobilin güc aqreqatı olan mühərrik təbii olaraq da avtomobilin ən bahalı hissəsidir. Eyni zamanda digər hissələrlə müqayisədə istehlak zamanı daha çox xidmətə ehtiyac duyan aqreqatdır. Bu da daha çox xərc deməkdir. MOTOR SAFE qatqısı sürtünməni azaldaraq mühərrikin ömrünü artırır və sizi xərclərdən qoruyur. 

Unutmamaq lazımdır ki, mühərrikin ürəyi sayılan Blok Porşen və Kalenval çox bahalı ehtiyat hissələridir. Qiyməti təqribən avtomobilin qiymətinin 10-15 faizidir (təqribən 3000-9000 AZN). Bu da onu göstərir ki mühərrikə necə xüsusi bir xidmət göstərilib qorunmalıdır. MOTOR SAFE qatqısı sizin mühərriki qorumaq üçün əvəzsiz vasitədir. Düşünün, əgər yağsız mühərrikdə belə qoruma əldə edirsinizsə onda yağla olduqda aşınma nə qədər azalacaq və mühərrik ömrü nə qədər uzanacaqdır. Avtomobil gündə dağılan, tez-tez xərc edən bir texnika deyil. Bu uzun müddət istismar üçündür. Amma kicik səhvlər, düzgün istifadə etməmək onu məhv edə bilər. Avtomobili qorumaqda qatqıların rolu əvəzsizdir. Amma bir şərtlə ki, düzgün istifadə edəsən. Ümid edirəm ki, bu yazımla bir az da olsa qatqılar haqqında məlumatınızı artıra bildim.

Mənbə: Avto K1ub Yağ Mərkəzi

Şərhlər