Aeratravel.az
Aeratravel.az

VİN deşifrəsi və avtomobil haqqında informasiya nə üçün lazımdır?

  • 2 652
  • 0
  • 4-05-2021, 21:20
VİN deşifrəsi və avtomobil haqqında informasiya nə üçün lazımdır?

İnsanın kim olduğunu müəyyən etmək üçün nə tələb olunur? Əlbəttə ki, bu halda pasport tələb olunur. Düzdür, həmişə bu sənəd kifayət etmir. Bəzi hallarda isə DNT testi tələb olunur. Bax, avtomobilin VİN nömrəsini də insanın DNT-si ilə müqayisə etmək olar. Bu simvol dəsti sayəsində nəqliyyat vasitəsinin “şəxsiyyətini" müəyyənləşdirmək mümkündür.

VİN nə deməkdir? VİN nömrə həmişə böyük hərflərlə yazıldığına görə bunun qısaldılmış olduğunu təxmin etmək asandır. Əlbəttə, o ingilis sözləri ilə şifrələnir. İlk hərfin aid olduğu “Vehicle” sözü “nəqliyyat” kimi tərcümə olunur. İkinci hərf isə “Identification” sözünün qısaltmasıdır. İngilis dilini ümumiyyətlə bilməyən birisi belə, onun “identifikasiya" kimi tərcümə olunduğunu başa düşəcək. Sonuncu hərf isə “N” qısaltmasıdır. Bu, “nömrə” kimi tərcümə olunan “Number” sözüdür. Aydındır ki, VİN nömrədir.


VİN necə olur? Hər bir 
nəqliyyat vasitəsində 17 simvoldan ibarət VİN var. Hər bir avtomobil istehsal olunarkən unikal kod əldə edir. Və bu birləşmə eyni avtomobil üçün heç vaxt dəyişmir. Nəqliyyat vasitəsinə əlavə edilmiş sənədlər dəyişdirilə bilsə də, VİN sabit və dəyişməz olmalıdır. Nəqliyyat vasitəsinin mövcud olduğu və işlədildiyi müddətdə onun identifikasiya nömrəsi saxlanılır. Qanun sadəcə onu dəyişdirməyə icazə vermir.

VİN nə üçündür? VİN kodunun əsas iki təyinatı var. Birincisi, bu nəqliyyat vasitəsinin birbaşa identifikatorudur. Yuxarıda qeyd edildiyi kimi, avtomobilin hansı dəyişikliklərə məruz qalmasından (yenidən rəngləmə, transformasiya, hissələrin "köçürülməsi" və s.) asılı olmayaraq, VİN kod onun həqiqi "üzünü" müəyyənləşdirməyə imkan verəcəkdir.


Harada tapmaq olar? Avtomobildə VİN-i tapmaq çox asandır. Üstəlik, bir neçə yerdə yerləşir. Onu məqsədli şəkildə dəfələrlə təkrarlayırlar ki, ciddi qəzadan sonra da avtomobilin müəyyənləşdirilməsi mümkün olsun. Beləliklə, VİN-i beş yerdən birində axtarmalısınız: şüşə altında, mühərrikdə, mühərrik lövhəsinin baş hissəsində, sürücü tərəfdəki qapıda, texniki şəhadətnamədə (əgər bu sənəd itirilməyibsə, bu VİN nömrəni tapmağın ən asan üsuludur). Bəzi modellərdə bu kod digər yerlərdə də gizlədilə bilər.


Necə deşifrə edilir? VİN nömrəyə baxsanız, bunun qəribə olduğunu düşünə bilərsiniz. Ancaq əslində bu, mənasız simvol dəsti deyil. Burada hər rəqəm və hərf arxasında hər hansı bir informasiya gizlənir. Nömrə beş hissədən ibarətdir. İlk 3 simvol maşının istehsal olunduğu ölkə barədə məlumatdır. Növbəti 5 simvol modelin adı, ban növü, mühərrik ölçüsü, təchizatdır. Doqquzuncu simvol həqiqiliyin “möhürüdür”. Növbəti iki rəqəm isə istehsal tarixi və zavoddur. Nəhayət, son altı simvol seriya nömrəsidir.


Müəllif: 
masinbazari.com

Şərhlər