Aeratravel.az
Aeratravel.az

Sahibləri tərəfindən taleyin ümidinə buraxılmış 10 lüks avtomobil

  • 2 001
  • 0
  • 2-09-2021, 12:25
Sahibləri tərəfindən taleyin ümidinə buraxılmış 10 lüks avtomobil

Azərbaycanda tərk edilmiş avtomobillərlə heç kəsi təəccübləndirə bilməzsiniz. Bir çox həyətlərdə illərlə çürüyən avtomobillər görə bilərsiniz. Ancaq, sən demə Avropada, ABŞ-da və BƏƏ – də də atılmış avtomobillər var. Hətta inanılmaz pula başa gələnlər.

Jaguar XJ220


Bu klassik super maşın Beyrutdakı kamera obyektivlərinə tuş gəlib. LeMans Blue rəngli Jaguar XJ220 təxminən 6 ildir Qətər səhrasında dayanır. Öz dövründə konveyerdən cəmi 281 belə avtomobil çıxıb. Bu avtomobilin qiyməti yarım milyon dollardan başladı. Bu gün belə bir avtomobilin qiyməti ən azı 200 min dollardır.

Rolls-Royce Phantom Centurion


Bu, Las Veqasda varlı adam üçün xüsusi hazırlanmış ən nadir Centurion-dur. Necə olubsa, avtomobil Rusiyada bir dəmir yolunun yaxınlığındakı xəndəkdə aşkar olub. Bunun necə baş verməsi sirr olaraq qalır. Ancaq hər halda Rolls-Royce daha yaxşı bir taleyə layiqdir.

Maybach 57


Maybach 57 dörd ildən çoxdur ki, Kanndakı dayanacaqlardan birində saxlanılır. Kifayət qədər yaxşı qalıb. Çatışmayan yeganə şey – mühərrik bölməsi qapağında rəmzin olmamasıdır. Konveyerdən çıxan belə bir avtomobil təxminən 380 min dollara idi.

Ferrari F40


Bu avtomobil Səddam Hüseynin böyük oğlu Udayın superkarlar kolleksiyasına daxil idi. Lakin amerikalılar Udayı öldürdükdən sonra bu Ferrari F40 zibilliyə atıldı. Şayiələr var ki, bu avtomobili hələ də İraqın ucqar bölgələrində görmək olar. ABŞ -da belə bir avtomobil bu gün 450 min dollara satılır.

Lamborghini Miura


Bu avtomobili yunan zadəganı Aristotel Onassis 1969-cu ildə sevimli müğənnisi Stamitis Kokotasa hədiyyə etdi. Maşını çətin bir tale gözləyirdi – Kokotas rallini çox sevirdi və bu avtomobildə yarışlara qatılırdı. Avtomobil Afinadakı Hilton otelinin yeraltı dayanacağına, mühərriki isə təmir üçün istehsalçıya göndərildi.

Amma nədənsə avtomobilin sahibi ona olan marağını itirdi və şirkətin təmiri üçün pul ödəmədi. Nəticədə Lamborghini Miura 30 il dayanacaqda dayandı. 2012-ci ildə hərraca çıxarıldı. Hərrac 483 000 dollardan başladı.

Aston Martin DB5 prototype


Hər bir sürücü, əfsanəvi 007 agentinin idarə etdiyi Aston Martin DB5-i xəyal edir. Və yalnız belə bir avtomobil 20 ildir dayandığı tərk edilmiş bir tövlədə tapıldı. Əla vəziyyətdə olmasa da, hərracda 580 min dollara alınıb.

Ferrari Enzo


Dubayda kredit (və digər) borclarına görə ciddi cəza ala bilərsiniz. Buna görə də, bir çox mühacir tez-tez açar və kredit kartları ilə avtomobillərini küçədə qoyub qaçırlar. Bu Ferrari Enzo atılmış avtomobillərdən biridir. Şayiələrə görə, onun ingilis sahibi, sürət həddini aşdığı üçün külli miqdarda cərimələndikdən sonra ölkəni tərk edib.

Bugatti Veyron


Qiyməti 1,5 milyon dollar olan Bugatti Veyron, dünyanın ən bahalı seriyalı avtomobillərindən biridir. Lakin, Aston Martin bu maşının arxasından toqquşduqdan sonra rus sahibi maşını küçədə atıb.

Koenigsegg CCXR “Trevita”


İsveçrə dayanacaqlarının birində 2 milyon dollarlıq superkar tapılıb. Bu nadir Koenigsegg CCXR "Trevita" cəmi üç nüsxədə buraxılıb. Bu avtomobildən biri Floydda, biri isə Con Lennonda idi. Üçüncünün sahibi haqqında isə heç nə məlum deyil. Amma 2012-ci ildən bu avtomobilin sahibi üçün dayanacaq haqqı 1 440 000 AZN-i keçdi.

Shelby Daytona


Bu avtomobil cəmi 6 nüsxədə istehsal edilib. Bu Shelby Daytona, sahibinin intihar etməsindən sonra sahibsiz qaldı. Bu avtomobildə bir neçə yarış rekordu vurulduğu məlumdur. Avtomobil 2001-ci ildə tapılıb və hərracda 4 milyon dollara satılıb. İndi onu Filadelfiyadakı avtomobil muzeyində görmək olar.

Əgər, məqaləni bəyəndizsə, dostlarınızla bölüşməyi unutmayın!


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər