Aeratravel.az
Aeratravel.az

Hava yastığı üzərində hibrid – idman avtomobili

  • 1 560
  • 0
  • 14-09-2021, 15:14
Hava yastığı üzərində hibrid – idman avtomobili

Hava yastığı üzərində gəmi yaratmaq üçün bir çox cəhdlər edildi və hətta çox uğurlu oldu. Əslində, belə bir nəqliyyat vasitəsi, istər sərt, istərsə də maye səthdə hərəkət edə bilən ən yaxşı vasitələrdən biridir. Bu sahədə də fəal olan VonMercier şirkəti, havaya qalxan idman avtomobili hazırlaması ilə bu texnologiyanın tamamilə gözlənilməz bir tətbiqini nümayiş etdirdi.

Hava yastığı


Hava yastığı istifadə etmək fikri texniki cəhətdən maraqlı və həyata keçirilməsi sadədir. Gəminin dibində suyun səthinə toxunmasına imkan verməyəcək artan təzyiq zonası yaratmaqdan ibarətdir. Gəminin səthdə qalması üçün güclü turbinlər hava üfürür. Prinsipcə, hava yastığının üstünə "söykənə" bilməsi üçün səthi kifayət qədər düz olduğu müddətdə heç bir məhdudiyyət yoxdur.


Bu cür gəmilərin potensialı son dərəcə yüksəkdir, həm su üzərində, həm də quruda yüksək sürətlə hərəkət edə bilirlər. Əlbəttə ki, geniş yayılmış nəqliyyat növünə çevrilməməsinə imkan verməyən bəzi çatışmazlıqlar var idi. Hava yastığı texnologiyasının təkmilləşdirilməsi üzərində işlər davam edir və bəzi layihələr çox perspektivlidir.

“Arosa” idman avtomobili


VonMercier şirkəti hava yastığı üzərində olan öz versiyasını – “Arosa” idman avtomobilini təqdim etdi. Bu idman avtomobilinin təkərləri yoxdur, bunun altında hava yastığı yaratmaq üçün lazım olan rezin ətək var.


Bunun üçün hava, maşının ön tərəfində yerləşən iki turbin vasitəsi ilə alınır. Həm suyun üstündə, həm də möhkəm bir səthdə saxlamaq üçün kifayət qədər təzyiqlə dolurlar.


İdman avtomobilinin dizaynı adi idman avtomobillərinə bənzər düzəldilib, lakin qayıqlara xas olan bəzi elementlər ona əlavə edilib. Məsələn, yanlarda taxta bortlar var. Hava yastığı üzərində VonMercier Arosa avtomobili bir sürücü və bir sərnişin üçün nəzərdə tutulub, iki oturacaq yan-yana deyil, bir -birinin arxasında yerləşir.


Şirkət, texniki məlumatları paylaşmır. Yalnız, güc qurğusunun hibrid olması məlumdur. Ora generatoru hərəkətə gətirən bir benzin və üç elektrik mühərriki daxildir. Şirkət, idarəetmə sistemi haqqında da danışmır, ancaq buna baxmayaraq misilsiz manevr qabiliyyətini təmin etdiyini vurğulayır. Bunun doğru olub-olmadığını, avtomobil özünü necə göstərəcəyini və qiymətinin neçəyə olacağını zaman göstərəcək.

İdman avtomobilləri Sovet İttifaqında da yaradılırdı. Bunun üçün heç bir baza olmadığı üçün sözün əsl mənasında sıfırdan hazırlanırdı.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər