Aeratravel.az
Aeratravel.az

“Goose Q” yol məlumat mühərriki

  • 979
  • 0
  • 7-10-2021, 01:07
“Goose Q” yol məlumat mühərriki

Hamıya salam. İstifadəçi məlumatlarını qorumaq və məlumat və dəyər axını asanlaşdırmaq üçün “blockchain” (davamlı blok zənciri) texnologiyasından istifadə edərək, qlobal logistika sənayesi üçün xüsusi olaraq hazırlanmış Goose Q adlı bir ICO layihəsinə baxaq.

Goose Q – 10 ildən çox inkişaf tarixinə malik, Çinin ən böyük yol məlumat mühərrikidir. Goose Q-nin əsas məqsədi logistika sənayesinin səmərəliliyini və şəffaflığını artırmaq, habelə yük maşını sürücülərinin maliyyə və psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün aydın, yoxlanıla bilən, etibarlı, izlənilə bilən, saxtakarlığa qarşı, dəyişməz məlumatlar təqdim etməkdir.

Müəyyən qurğularda (qadjet) işləyir, yük maşınlarından alınan məlumatları qeyd edir, şifrələyir və "blockchain"ə yazır. Goose Q – məlumatların toplanması, hesablanması, saxlanması və təhlükəsizliyini təmin etməklə yayılmasını, ilkin şəkildə olduğu kimi istifadəçilərə məlumat xidmətlərini tam şəkildə təqdim edir.

Goose Q – nın üstünlükləri

-    Yük maşınının yanacağını, ölçülərini və kor ərazilərini izləyən qabaqcıl “Sürücü Yardım Sistemi”. Hətta, sürücünün özünü də izləyir. Sistem sürücünün maşın sürərkən yuxuya getdiyini müəyyən edərsə, maşını dayandıracaq və sürücünü oyatmaq üçün siqnal verəcək.

-    Yol meneceri hazırlanıb. Tıxaclar, qəzalar və digər yol hadisələri haqqında məlumat əldə etməyə imkan verir, həm də marşrutunuzu qısaltmağa və səyahətinizi asanlaşdırmağa kömək edəcək.

-    Daluka SİM-card - sürücülər üçün xüsusi olaraq hazırlanmış bir SİM kartdır. Üstünlüklərindən bəziləri bunlardır: China Unicom ilə birlikdə istifadəyə verildi. Şəbəkə daxilində pulsuz zənglər. "Free Traffic Alliance" tətbiqləri üçün pulsuz trafik. Təxminən 100 distribyutor (radio stansiyaları, yanacaq çatdırma platformaları, məntiq tətbiqləri). Şəbəkə daxilində pulsuz zənglər.

Daluka SİM kartı, video qeydiyyatçı və GPS bələdçiləri (naviqator) ilə təchiz edilmiş yük maşınları və taksilər gündə təxminən 16 saat sürərək yol məlumatlarını avtomatik olaraq toplayır.

Sürücüyə kömək üçün ağıllı sistemlər

Yol yoldaşları – Sistem eyni istiqamətdə hərəkət edən yaxınlıqdakı yük maşınlarını tapmağa kömək edir və küləyin əksini və yanacaq istehlakını azaltmaq üçün onları bir cərgədə təşkil etməyə kömək edir.

Zolaqdan çıxma xəbərdarlığı – Yük maşınının içərisinə quraşdırılmış göstəricilər sürücünü ehtiyatsız olaraq zolaqdan çıxması barədə xəbərdar edir.

Qarşıdan gələn təhlükə xəbərdarlığı – Yük maşınının içərisinə quraşdırılmış kameralar, ön avtomobilə çox yaxınlaşanda sürücünü xəbərdar edir.

Layihənin gəlirləri

Layihə aşağıdakılardan gəlir əldə edəcək:

-    Yol məlumatlarından

-    Saas (Sürücü yardım sistemi)

-    Avadanlıq vasitələrindən

-    Real vaxt rejimi (onlayn) xidmətlərindən

-    Daluka sim-kartından

Layihənin ortaqları – China Unicom (Çin Unikom), China Police Network (Çin Polis Şəbəkəsi), China Federation of Logistics and Purchasing (Çin Logistika və Satınalma Federasiyası) və təxminən 100 Çin şirkəti.

Logistika problemləri

Yüksək qəza dərəcəsi – Yük maşınları daha çox qəzalı maşınlarıdır və Çində bu xüsusilə nəzərə çarpır: yük maşınlarında baş verən qəzalarda ölüm nisbəti yollarda təxminən eyni sayda yük maşını ilə ABŞ-dan 6 dəfə çoxdur.

Məlumat çatışmazlığı – Dövlət qurumları, logistika şirkətləri, sığorta və maliyyə təşkilatları, yol şəraitinə diqqət yetirən müəssisələr - hamısının mümkün qədər çox yol məlumatına ehtiyacı var.

Sürücülərin rifahı – Çin Logistika və Satınalma Federasiyasının apardığı bir araşdırmaya görə, yük maşını sürücülərinin təxminən 95%-i yüksək əməliyyat riskləri ilə əlaqəli iş şəraitindən narazıdır.

Saxta yol sənədləri – Saxta yol sənədləri Çinin multimilyardlıq logistika sənayesində böyük bir problemdir – bütün yol sənədlərinin təxminən 10%-i yalandır.

Logistika problemlərinin həlli:

Goose Q tərəfindən hazırlanan həllər yol təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, xərcləri azaldır və ümumiyyətlə logistika sənayesini daha mütəşəkkil edir.

Ağıllı sürücü yardım sistemləri – Sürücüyə zolaq saxlamaqda, yorğunluq səviyyəsinə nəzarət etməkdə və daha çox yol təhlükəsizliyini artırmaqla kömək edir.

Böyük məlumat infrastrukturu – Yük maşını qurğuları (qadjet), proqram təminatı, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş verilənlər bazası, "blockchain", Goose Q-yə yol məlumatlarını səmərəli şəkildə toplamaq, saxlamaq və emal etmək imkanı verir.

Sosial əyləncə – Daluka sim-kartı və Dzyama yol messenceri sürücülərin sosiallaşması üçün əla imkan yaradır.

Avtomatlaşdırma və Şifrələmə – Goose Q-nün logistika sənayesi sənədlərini rəqəmsallaşdırması məlumatların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.

Layihə 2009-cu ildən fəaliyyət göstərir, çox güclü bir komandaya, yüksək ixtisaslı ixtiraçılara və əla tərəfdaşlara malikdir. Şirkət hər il inkişaf edir və daha da böyüyür. Komanda hər ay sosial şəbəkələrdə paylaşımlar edir, nailiyyətlərini və kəşflərini yerləşdirir, gələcəyi və bu günü müzakirə edir. Hər kəs onlara cavab verməkdən məmnun qalacaqları suallar verə bilər.


Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər