Aeratravel.az
Aeratravel.az

Toyota Land Speed Cruiser

  • 1 046
  • 0
  • 14-10-2021, 13:16
Toyota Land Speed Cruiser

Las Veqas avtosalonu, hər il salon ziyarətçiləri və sürücülərə gözlənilməz sürprizlər bəxş edir. Mövcud avtomobil sərgisinin açılışı, Yaponiyanın Toyota şirkətindən olan "Land Cruiser"in yeni yüksək sürətli yolsuzluq avtomobili idi. Bu krossover artıq dünyanın ən sürətli titulunu qazanıb.



Bu avtomobili yaradarkən istehsalçılar, Land Cruiser 200-ü əsas götürərək onu müasirləşdirdilər. Aerodinamik xüsusiyyətlərini yaxşılaşdırmaq üçün avtomobil bir qədər aşağı salındı və avtomobilin xarici hissəsini bir qədər dəyişdirən arxa gövdəyə alüminium spoyler əlavə edildi. Avtomobil həmçinin, yeni təkərlər və ənənəvi arxa görüntü güzgülər əvəzinə – video kameralar aldı.



Qeyd etmək lazımdır ki, Land Speed Cruiser iki Garrett turbokompressor və 2000 at gücünə malik mühərriklə təchiz olunub. Bunun sayəsində yeni avtomobilin sürəti 355 km/saatdır. Düzdür, istehsalçılar avtomobilin hansı vaxt aralığında 100-dək sürətlənə biləcəyini hələ bildirməyiblər. Xatırladaq ki, son vaxtlara qədər ən sürətli krossover 301 km/saat sürətli – Bentley Bentayga hesab olunurdu.










Müəllif: "AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər