Aeratravel.az
Aeratravel.az

İsveç dünyanın ən təhlükəsiz yollarına necə sahib oldu?

  • 1 362
  • 0
  • 22-05-2021, 00:03
İsveç dünyanın ən təhlükəsiz yollarına necə sahib oldu? Son dönəmlərdə İsveç bir ildə sıfır yol trafik ölümlərinə yaxınlaşır. 

Əgər biz sizinlə 1970-ci illərdə, burada yol ölümlərinin zirvəsini ( yəni pik həddini - red) müşahidə edilməsini nəzərə alsaq, o halda bu nonsensdir, inanılmaz bir nailiyyətdir. 


Hər şey burada 1997-ci ildə İsveçdə, yol trafikində ölən və yaralananların tamamilə aradan qaldırılması ümidi ilə "Vision Zero"(yanı sıfır dərəcəsi - red) ölüm planını qəbul edilməsi ilə başlandı və ölkədə beləliklə 2000-ci ildən bəri yol ölümlərinin sayını burada yarıya endirmək mümkün oldu.


Əgər biz 1970 ci il statistikası ilə müqaisə etsək, o halda burada yeddi yaşınadək 38 uşağın yol qəzalarında öldüyünü (1970 ilə müqayisədə), 2012-ci ildə bu yaş qrupundan yalnız bir uşağın yolda öldüyünü görə bilərik.


Bu ilin əvvəlində "The Economist" məlumatları təhlil edərək aşağıdakı nəticəni əldə etdi: 1970-ci illərdən bəri yollarda olan avtomobillərin sayı və onların keçdiyi ümumi məsafə iki dəfə artdı, lakin keçən ilin eyni vaxtında ölənlərin sayı 264-ə düşdü tarixi minimuma çatan insanlar. Beləliklə, İsveçdə yol nəqliyyat hadisələrindən ölüm nisbəti əhalinin 100 min nəfərinə 3 nəfərdir, Avropa Birliyində 5.5, ABŞ-da 11.4 ( müqayisədə üçün- red) nəfərdir.


Bəs burada sual yaranır: "İsveç buna necə nail oldu? 


Cavab: "Bu məsələdə, biz qaydaları sərtləşdirməyə çalışmamışıq, əksinə onlara riayət etmək üçün texniki şərait yaratmağa müvəffəq olduq", - bunu bu yaxınlarda dövlət trafik təhlükəsizliyi xidmətinin mütəxəssisi Matts-Ake Belin, naviqasiya nümayəndəsinin sualını cavablandırarkən bildirdi. Bu həmdə analitik xidmət "CityLab"ın rəsmi açıqlamasında əks olunmuş bir faktdır.


Paralel olaraq, İsveç sürət və digər meyarlar hesabına təhlükəsizlik məsələlərinə üstünlük verməklə yolları yenidən qurdu. Buraya "2 + 1" tipli yolların, bir istiqamətdə iki zolaqlı və əks istiqamətdə, zolaqlardan biri axının intensivliyindən asılı olaraq dəyişkən istiqamətdə olması da daxildir. "The Economist"-ə görə, "Vision Zero" proqramının tətbiqindən sonra,burada, ilk 10 ilindən sonra,həmin tənzimləmə, təxminən 145 nəfərin ölümünün qarşısını aldı.


Bundan əlavə, İsveçdə təhlükəsizlik səviyyəsinin artırılması istiqamətindədə az işlər görülməmişdir. Beləki 12,6 min piyada keçidi yaradıldı, körpülər, yanıb-sönən işıqforlar və nəqliyyatın sürətini məhdudlaşdırmaq üçün süni maniyylər yaradıldı. Mütəxəssislərin fikrincə, bu tədbirlər sayəsində piyadalar arasındakı yollarda ölüm nisbəti beş ildə iki dəfə azalıb. Ölkə şəhər ərazilərində və insanların sıx olduğu yerlərdə sürət həddi kəskin şəkildə azaldılmaqla, habelə velosipedçiləri hərəkətdə olan nəqliyyat vasitələrindən qorumaq məqsədilə, çəpərlər quruldu. Bundan əlavə ,sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etməsinə görə cəzaların artırılmasıda, sözsüz ki, yol ölümlərinin azalması ilə nəricələndi.
İsveç təhlükəsizlik modeli ilə digər ölkələr də maraqlanır. New York məhdud sürət hissələrinin yaradılmasını və yol polisi tərəfindən sürət nəzarətinin artırılmasını ehtiva edən Vision Zero yol ölümlərini azaltma planını da təqdim etdi. Nəticədə Nyu-Yorkda küçədən keçmək təhlükəsizliyi maksimum həddə çatıb. Yollarda ölən piyadaların sayı bu il rekord həddə düşərək cəmi 131 nəfər oldu.


2009-cu ildə İsveçdə yol qəzaları nəticəsində cəmi 4(!) nəfər həlak olmuşdu. 2010-cu ildə bu səbəbdən ölü sayı 7-yə qalxdığından İsveç parlamenti bunun səbəbini aydınlaşdırmaq üçün yığışmışdı ki, nədən qəzada həyatını itirənlərin sayı təxminən 2 dəfə artıb (əlavə məlumat üçün Elçin Mustafayevə təşəkkür edirik).

Bu kontekstdə ritorik bir sualda yaranır:


"Görəsən İsveçi bu gedişatla önləmək mümkündürmü ? Və ya, heç olmazsa, yol nəqliyyatında ölüm hallarını sıfıra yaxınlaşdırmaq mümkündürmü? Bu baxımdan, bir çox mütəxəssis məsələnin həllinə dair özünü idarə edən avtomobillərin tətbiq edilməsinidə, həmin problemlərin həlli istiqamətində, kömək edə biləcəyini iddia edirlər”.


P.s. Düşünürəm ki, görəsən bu boyda müxtəlif dünya təhlükəsizlik modelləri var ikən nədən biz bunları tədbiq etmək istəmirik ... Və söylədiklərim nə səbəbdən həyata keçirilmir Sizcə nədir bizi bu yolda inkişaf etməyə qoymayan Dikbaşlıqmı, yekəxanalımı,yoxsa görməməzlikmi...


Bu və bukimi suallara dair nəzər - nöqtənizi bilmək mənim üçün çox maraqlı olardı...
Lütfən mövqeyinizi şərhlərlər vasitəsi ilə bildirin...


Müəllif: Avtoklub Azərbaycan klubunun idarə heyətinin üzvü, avtoekspert İlyas Xəlilov

Şərhlər