Aeratravel.az
Aeratravel.az

Volkswagen rəsmi olaraq yeni nəsil Multivan T7 modelini təqdim etdi

  • 1 433
  • 0
  • 12-06-2021, 17:19
Volkswagen rəsmi olaraq yeni nəsil Multivan T7 modelini təqdim etdi Dünyanın ən uzunömürlü avtomobili elektrik dövrünə qədəm qoyur. Alman multivanı artıq qoşula bilən hibrid quraşdırma ilə təchiz edilir.

Bu ona görə mümkün oldu ki, T7 digər VW Group avtomobilləri (Audi A3-dən tutmuş Volkswagen Caddy modelinə qədər)  kimi MQB platformasına keçdi. Panel furqonu axtaran santexnik, inşaatçı, velosipedçi və digər alıcılar paralel satılacaq T6 ilə kifayətlənməli olacaqlar.


Amma vizual olaraq əvvəlki modeldən daha geniş və alçaq olmasına baxmayaraq, T7 modeli T6 və T5 modellərindən üslub cəhətdən köklü şəkildə fərqlənmir. Ancaq bu dəfə ön şüşənin əsası o qədər irəli çəkilib ki, qapı ilə ön dayaq arasında əlavə pəncərə meydana gəldi ki, bu da yeniliyə daha çox klassik MPV görünüşü qazandırır.Kapot da həmçinin daha yastı olub, bütün eninə olan qəfəs və faralar T7-ə daha dinamik və müasir bir görünüş verir. VW dizaynerləri hava girişlərini kuzov rənginə boyamağa qərar verdilər, bu da hava soyutmasına malik köhnə Kombiyə retro bənzətmədir.

Led faralar standart komplektə daxildir (ən azından Böyük Britaniyada), əlavə olaraq hələ də ABŞ-da qadağan olunan IQ.Light xüsusi matris optikası da quraşdırıla bilər. Bu əlavə radiatorun qəfəsinə led zolaq əlavə edir.


VW mühəndisləri T7-nin interyeti üzərində çox çalışıblar, 25% daha yüngül olan yeddi oturacağın yerini dəyişdirmək və ya çıxarmaq çox asandır. İkinci sıra oturacağı uşaqları izləmək üçün 180 dərəcə çevirmək mümkündür, əvvəllər divan olan üçüncü sıra artıq ayrıca çıxarıla bilən oturacaqlardan ibarətdir.

Bununla belə ən ağıllı xüsusiyyət hündürlüyü tənzimlənən masadır ki, onu istənilən oturacaq sırası arasında gəzdirmək olar və o, mərkəzi konsola çevrilir.

Müştərilər həmçinin ilk dəfə damda panorama lyuk, IQ.Drive, Travel Assist sifariş edə bilərlər ki, özündə adaptiv kruiz kontrol və yarımavtomat sürmək üçün Lane Assist sistemi və ya 14 dinamikli 640Vt Harmon Kardon səs sistemini özündə birləşdirir. We Connect Plus isə T7-ni kənardan smartfon ilə idarə etməyə imkan verir.

T7 üçün 134 at gücünə sahib 1.5 litrlik TSI və ya 201 at gücünə sahib 2.0 litrlik benzin mühərriki seçimi verilir, növbəti ildə isə 148 at gücündə dizel mühərriki əlavə olunacaq. Hər üçü yeddi pilləli DSG sürətlər qutusu vasitəsilə ön təkərləri hərəkətə gətirir.

Lakin əsas yenilik PHEV performansdır. eHybrid adlanan yenilik 85 kVt elektrik mühərriki ilə 148 at gücünə malik 1,4 litrlik dörd silindrli mühərriklə hərəkətə gətirilir ki, bu da ümumilikdə 215 at gücü edir. Maraqlıdır ki, hibrid altı pilləli DSG sürət qutusu ilə işləyir.

Nəhayət ki, Multivan yeni ad aldı, Böyük Britaniyada əvvəllər Caravelle olaraq tanınırdı. Multivan nişanı ABŞ-dan başqa bütün bazarlarda tanınır, ABŞ isə 2003-cü ildə T4 EuroVan modelinin istehsalı dayandırılandan VW avtobusları əldə etməyib. Şimali Amerikada da T7 yoxdur, amma elektrikli ID.Buzz modelinin ABŞ-da 2023-cü il üçün təsdiqlənməsi faktı markanın bu qərarını kompensasiya edir.



Tərcümə: Famil Ələkbərov
Mənbə: speedme.ru

Şərhlər