Aeratravel.az
Aeratravel.az

Tanklarda olan manevr sistemi avtomobillərə tətbiq olunacaq

  • 1 563
  • 0
  • 12-07-2021, 18:47
Tanklarda olan manevr sistemi avtomobillərə tətbiq olunacaq

Rivian markası manevr qabiliyyətini yüksəldən yeni K-Turn rejimini patentləşdirib.

Eyni sistem tanklarda istifadə edilir.

Məlum oldu ki, artıq Rivian R1T və R1S “tank” geri dönmə rejiminə malikdir. Hər təkər üçün ayrıca mühərrik quraşdırıldıqdan sonra yerində dönmə funksiyasını həyata keçirmək mümkün oldu. Tanklar da tırtılları müxtəlif istiqamətlərdə fırladaraq eyni şeyi edir.


Qeyd etmək lazımdır ki, yumşaq və boş torpaqlarda belə dönüş maşının yerə girməsinə səbəb ola bilər. Bununla belə, bu şərtlər üçün K-turn rejimi hazırlanıb ki, bu da azaldılmış dönmə radiusu hesabına manevr qabiliyyətini artırır. Bu, sıxılma riskini aradan qaldırır.

Bu rejim tank rejimi ilə eyni formada işləyir, lakin onun bir az fərqi var. O sərbəst hərəkətə gətirilir, buna baxmayaraq arxa təkərlər ön təkərlərə nisbətən əks istiqamətdə dönərkən və ya hərəkətdə dönür və ya hərəkətsiz qalır. Maşın ön təkərlərin fırlanması hesabına hərəkətsiz arxa oxu ətrafında dönəcək.


Rivan avtomobillərinin güc göstəricilərinə gəldikdə isə, avtomobil 760 at gücünə sahibdir, bu da yolsuzluq avtomobilini 100km/s-a 3 saniyəyə sürətlənməyə imkan verir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: speedme.ru

Şərhlər