Sırala:

KIA daha ucuz Sportage hazırlayır

  • 506
  • 0
  • 13-07-2021, 13:17
KIA daha ucuz Sportage hazırlayır

Cənubi Koreya konserni yeni nəsil Kia Sportage Ace modelinin daha ucuz versiyasının hazırlanmasına başladığını elan etdi. Bu model aprel ayında Şanxay Beynəlxalq Avtomobil Sərgisində təqdim edildi.

Sportage Ace modifikasiyası qlobal versiyadan seçilir. Krossover əvvəlki nəsil SUV-un daha ucuz platformasında hazırlanmışdır. Onu fərqləndirən cəhətlər: aqressiv radiator qəfəsi, bamperlər, ön LED faraları və yeni KIA Sorentodakı kimi LED-matrislərdə vertikal arxa faraları olan eksteryer.

Sportage Ace modelinin interyeri elektron alətlər paneli, böyük displeyli müasir informativ-əyləncəli kompleksi və klimat quraşdırmasının sensorlu idarəetmə bloku ilə seçilir.

Ölçü baxımından krossover qlobal versiyadan daha kiçik oldu: yeni modelin uzunluğu 4530 mm, eni 1850 mm, hündürlüyü 1700 mm, təkərlər arası məsafə 2640 mm-dir.




2 litr həcmli və 160 at gücünə sahib G4NJ mühərriki ilə təchiz edilib. Onunla birlikdə mexaniki transmissiya və ya 6 pilləli avtomat transmissiya işləyir. Həmçinin 7DCT robot qutusu ilə birlikdə 200 at gücünə malik 1,5 litrlik turbo mühərrik də var. Ön ötürücüyə malikdir.

İmkanları sırasında təhlükəsizliyə cavabdeh olan seçim kompleksi var. Buraya qəza qarşısının alınması, adaptiv kruiz-kontrol və 360 dərəcə görüntüsü olan video kameralar daxildir.

Kia Sportage Ace modelinin istehsalı Çindəki Kia və Dongfeng müəssisələrində təşkil edilmişdir. Modelin qiymətinin 119 900 yuan olacağı gözlənilir.


Tərcümə: Famil Ələkbərov

Mənbə: carsweek.ru

Şərhlər