Aeratravel.az
Aeratravel.az

Hyunday uçan avtomobillərin istehsalını artırır

  • 957
  • 0
  • 1-08-2021, 21:20
Hyunday uçan avtomobillərin istehsalını artırır

Hyundai Motor uçan avtomobillərin istehsalını artırmağı planlaşdırır.

Masin.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Reuters-ə Cənubi Koreyalı avtomobil istehsalçısının baş əməliyyat direktoru Jose Munoz açıqlama verib.

Hyundai North America-nın baş icraçı direktoru olan Munoz, əvvəllər hava taksilərinin 2028-ci ilə qədər ya da daha tez bir zamanda ABŞ-ın böyük hava limanlarında fəaliyyət göstərəcəyini söyləmişdi. O bunun hətta, 2025-ci ildən əvvəl ola biləcəyini söyləyib. Beş-altı nəfəri daşıya bilən, batareyalı hava taksilərinin inkişafı üçün Vaşinqtonda yerləşən Hyundai-nin uçan avtomobil bölməsi 1,5 milyard dollar investisiya qoymağı düşünür.

Munoz Reuters-ə bildirib ki, Hyundai uçan maşınlarından yalnız müştəriləri üçün deyil, həm də ticarət yüklərinin daşınması üçün istifadə olunacaqdır.

Şərhlər