Aeratravel.az
Aeratravel.az

İlon Mask: Tesla Model Y ən populyar avtomobil adını Toyota Corolla-dan alacaq

  • 1 501
  • 0
  • 29-04-2021, 09:57
İlon Mask: Tesla Model Y ən populyar avtomobil adını Toyota Corolla-dan alacaq

Amerikalı elektrikli nəqliyyat vasitələri istehsalçısı Tesla şirkətinin rəhbəri İlon Mask Tvitter vasitəsilə Model Y elektrik krossoverinin 2022-2023-cü illərdə dünyanın ən populyar avtomobilinə çevrilə biləcəyini və bu adın Toyota Corolla-dan məhrum edəcəyini bildirib.

Mask bu fikri ona Toyota-nın ildə 1,5 milyon Corolla satdığını, Tesla-nın isə birinci rübdə bütün modellərdən 184,880 avtomobil satdığını, bunun isə illik tirajın yarısından az olduğunu xatırladan analitik Devid Liyə cavab olaraq bildirib. Bununla belə, Teslanın icraçı direktoru Model Y elekrik krossoveri 2022-2023-cü illərdə onsuz da dünya liderliyini yapon maşınlarından ala biləcəyinə əmindir, satış proqnozları belədir.

Daha əvvəl Amerika şirkəti rüblük maliyyə hesabatını yayımlamışdı. 2021-ci ilin birinci rübündə gəlirlər 73,4% artaraq 10,39 milyard dollara, xalis mənfəət 2020-ci ilin ilk üç ayında 16 milyon dollara qarşı 438 milyon dollara çatıb.

Qeyd edək ki, mart ayının sonuna qədər Toyota dünya üzrə bütün modellərdən 982,912 avtomobil satıb ki, bu da keçən ilin eyni dövrünə nisbətən 44% çoxdur və şirkət üçün aylıq rekord hesab olunur.


Tərcümə: Famil Ələkbərov


Mənbə: drom.ru

Şərhlər