Aeratravel.az
Aeratravel.az

Avtomobil şirkətləri dünyanın 100 ən nüfuzlu firmaları siyahısına düşüb

  • 1 450
  • 0
  • 29-04-2021, 20:11
Avtomobil şirkətləri dünyanın 100 ən nüfuzlu firmaları siyahısına düşüb Amerika jurnalı Time qeyri-adi reytinq – hazırda planetdə ən nüfuzlu yüz şirkətin siyahısını hazırlayıb. Namizədlər maraqlı şəkildə seçilib – təkcə redaksiya heyəti deyil, müxtəlif sahələrin mütəxəssislərinin də rəyləri nəzərə alınıb. Sahələr isə müxtəlifdir – tibb, ekologiya və s.

Əslində, təxmin etdiyiniz kimi dörd avtomobil şirkəti bu siyahıya düşüb. Onların nailiyyətləri maraq doğurur. Məsələn: GM dünyanın ekoloji siyasətinin formalaşması sahəsində seçilir. Tesla isə yenilənən enerji və yeni avtomobil istehsalı prinsipləri sahəsində fərqlənir. Volkswagen avtomobil bazarında yüksək liderlik titulu qazanıb. Çinin BYD konserninə gəldikdə isə ekspertlər çinlilərin çoxsaylı elektrik konsepsiyaları formasında innovativliyini qeyd ediblər.


Tərcümə: Famil Ələkbərov

Mənbə: motorpage.ru
 

Şərhlər