Aeratravel.az
Aeratravel.az

Azərbaycan Aİ-92 benzinin istehsalını azaldıb, dizeli artırır

  • 1 151
  • 0
  • 17-09-2021, 19:50
Azərbaycan Aİ-92 benzinin istehsalını azaldıb, dizeli artırır

Azərbaycan NZE-lərində avtomobil benzinin istehsalının azaldığı təqdirdə, dizel istehsalında böyük irəliləyiş var. Masin.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 804.3 min ton həcmində avtomobil benzini (Aİ-92) istehsal edilmişdir. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.5% neqativ dinamikadır. Anbarlarda 35.9 min ton həcmində məhsul ehtiyatı göstərilir.

Partlama ilə alışan dizel yanacağının istehsal həcmi isə statistik dövrdə 1 milyon 679.8 min tona çatıb. Bu da öncəki illə müqayisədə dizelin istehsal həcmi 12.5% artmışdır. Sentyabrın 1-nə isə Azərbaycanda dizel yanacağının ehtiyat həcmi anbarlarda 65.5 min ton təşkil edir.

Ölkədə 2021-ci ilin yanvar-avqust ayları ərzində neft-kimya sənayesində istifadə üçün benzin 279.7 min ton (illik müqayisə: +72.8%), ağ neft 336 min ton (-0.2%), yanacaq mazutu 31.1 min ton (-26.3%), sürtkü yağları 35.7 min ton (+66.8%), neft bitumu 237.2 min ton (+7.4%) və neft koksu 176.1 min ton (+21.3%) təşkil etmişdir.

Qeyd edək ki, 2021-ci ilin ilk 8 ayında Azərbaycanda 1 milyard 609.7 milyon manatlıq avtomobil benzini və dizel yanacağının pərakəndə şəkilində ticarət olunduğu göstərilir, bu da öncəki ili 3% üstələyir. Bu artım istehlakın artınmı ilə əlaqadar deyil. Banker.az bir faktı da qeyd edir ki, Azərbaycanda Aİ-92 benzini və dizelin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və ilin əvvəlində benzinin hər litrində 10 qəpik, dizeldə isə 20 qəpik bahalaşdırılmışdır. Bu da öz növbəsində pərakəndə ticarət dövriyyəsinin artımına təkan verib.

Şərhlər