Aeratravel.az
Aeratravel.az

Moped sürücülərinə yol polisindən mühüm təklif

  • 736
  • 0
  • 8-04-2022, 20:46
Moped sürücülərinə yol polisindən mühüm təklif

“Moped idarə edən şəxslərə sürücülük hüququnun tətbiq edilməsi və dövlət qeydiyyatına alınmalarına dair Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən təkliflərin qanunvericiliyə əlavə edilməsi nəzərdə tutulur”.

Masin.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. 

O bildirib ki, bu təklif gələcəkdə moped sürənləri yol verdikləri qayda pozuntularına daha məsuliyyətli davranmağa sövq edəcək:

“Bu, gələcəkdə kor-təbii şəkildə moped idarə edən şəxslərin ümumi istifadədə olan avtomobil yollarında digər nəqliyyat vasitələrinə qəza şəraiti yaratmalarını əhəmiyyətli dərəcədə azaldacaq. Onlar daha məsuliyyətli olacaqlar. Yaxın zamanda qanunvericilikdə bu dəyişikliklərin olacağı nəzərdə tutulub”.

Qeyd edək ki, sürücülər tez-tez moped idarə edərək kuryer xidməti göstərən şəxslərin ehtiyatsız davranışlarından şikayətlənirlər. Bu istiqamətdə sosial şəbəkələrdə çoxsaylı paylaşımlara da rast gəlinir.


Könül Cəfərli

Şərhlər