Qaydalar

Bu qaydalar (yəni – razılaşma) Masinbazari.com saytında elanların yerləşdirilməsinə dair tənzimlənmə sənədidir. Saytda yer alan Qaydaların pozulması və ya reklamla əlaqədar istifadəçilərin kütləvi şikayətləri elanın və eyni zamanda onları yerləşdirənlərin müvafiq qeydiyyat hesablarının bloklanması ilə nəticələnə bilər. İstənilən halda bütün elanlar əlavə xidmətlərin (Premium, VIP və digər) onlara tətbiq edilib-edilməməsindən asılı olmayaraq göstərilən qaydalara uyğun olmalıdır. Qaydaların pozulması halında ödəniş olunmuş elanların da bloklanması və ya silinməsi sayt tərəfindən reallaşdırıla bilər. Maşın.Az-da ticari məqsədli bütün istifadəçilər üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəsin elan yerləşdirməzdən əvvəl sözügedən qaydalarla tanış olmaları tövsiyyə olunur.

1. Elanların yerləşdirilməsi

1.1. Bildiririk ki, saytımızın istifadəçisi 40 gün ərzində ancaq bir pulsuz elan yerləşdirə bilər. Hər yeni elan ödənişi isə növbəti 40 gün üçün 5 AZN xidməthaqqı təşkil edir.
1.2. Elan haqqında məlumatlar və şəkillər başqası ilə əvəzlənə və ya təhrif edilə bilməz. 
1.3. Masinbazari.com-da eyni elan təkrar yerləşdirilə bilməz və bu hal aşkar edilərsə təkrarlanmış elan silinir, bu barədə istifadəçiyə xəbərdarlıq edilir. Hal təkrarlanarsa, istifadəçinin mövcud hesabı blok edilir.
1.4. Elanın uzadılması xidməti üçün ödəniş həyata keçirildikdən sonra elan üçün təyin olunmuş müddət uzadılır.


2. Şəkillər

2.1. Elanda maşınlar üçün şəkillərin maksimal sayı 20-dir. Digər kateqoriyalı elanlarda isə 5-dir. Maşın üçün minimum üç şəkil olmaqla NV-nin ön hissəsi, arxa hissəsi və salonunun tam ön hissəsi yayımlanır.
2.2. Şəkillərin minimal ölçüsü 1024x768, optimal ölçü isə 1920x1080 pikseldir.
2.3. Elanın predmeti yerləşdiyi ölkənin ərazisində çəkilməlidir.
2.4. Şəkillərdə loqotip və ya hər hansı simvollar olmamalıdır.
2.5. Şəkillərdə reklam xarakteri daşıyan və ya başqa məlumatlar olmamalıdır.
2.6. Avtosalon, ehtiyyat hissələri mağazası, avtoservis və ya rentacar şirkəti üçün çəkilmiş şəkillər ancaq həmin şirkətin adından yerləşdirilə bilər.


3. Qiymət

3.1. Elanın tam qiyməti qeyd olunmalıdır. Nəqliyyat vasitəsi kreditdə olarsa, o halda kredit şərtləri də elanın təsvirində göstərilməlidir. İlkin ödəniş məbləğini “Qiymət” xanasında qeyd etmək qadağandır.


4. Təsvir

4.1. “Təsvir” bölməsini boş saxlamaq qadağandır. Eləcə də təsvirdə olan məlumatda təhqiramiz ifadə və reklam xarakterli məlumat yolverilməzdir. 


5. Əlaqə vasitələri

5.1. Şəxsi əlaqə vasitələri – ad və soyad, elektron poçt ünvanı, telefon nömrəsi düzgün göstərilməlidir. Əks təqdirdə elan saytdan silinəcək.
5.2. İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, onun müvafiq qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmasına görə məsuliyyət daşıyır.


6. Qara siyahı

6.1. Elanda qiyməti fərqli qeyd edib sonradan isə telefonda digər qiymət söyləyən, başqa NV-nin şəkillərini yerləşdirən və ya hər hansı digər qaydaları pozan istifadəçi blok edilir və Masinbazari.com saytında bir daha elan yerləşdirə, digər istifadəçilərlə mesajlaşa bilməz!
6.2. Üçüncü şəxsin əlaqə vasitələri qeyd edildikdə və həmin səxs şikayət etdikdə profillər blok edilir.
6.3. Blok edilən istifadəçilər yenidən bərpa olunmur.  


7. Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxs və ya şirkətlər

7.1. Əgər istifadəçinin ticarət fəaliyyəti ilə məşğul olduğu aşkarlanarsa, onun şəxsi hesabı ticarət fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş hesaba keçiriləcək və xidmətə uyğun ödəniş tələb olunacaq.
7.2. Bütün yuxarıda qeyd olunan qaydalar avtosalonlara və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslərə də aiddir.
7.3. Avtosalonlar və ticarət fəaliyyəti ilə məşğul olan digər şəxslər üçün xüsusi aylıq elan paketləri nəzərdə tutulur.
7.4. Elanın bərpası saytımızın təklif etdiyi aylıq paketlərdən birinin alınması ilə mümkündür.
7.5. Avtosalon adından elan yerləşdirmək üçün ödənişli paketlərdən biri əldə olunmalıdır. Hər paket üçün isə müəyyən elan sayı (limiti) mövcuddur. Paket 30 gün ərzində aktivdir.
7.6. Rəsmi nümayəndələr Masinbazari.com saytında multibrend səhifə yarada bilməzlər. Təmsil etdikləri hər bir nəqliyyat vasitəsinin markası üçün ayrı səhifə əldə olunmalıdır. Rəsmi nümayəndə olmayan avtosalonlara bu qayda şamil olunmur.
7.7. Masinbazari.com saytının administrasiyası saytın qaydalarının bilərəkdən pozulması halları zamanı müqaviləni ləğv etmək hüququnu özündə saxlayır. Bu halda ödənilən pul geri qaytarılmır.


8. Texniki dəstək xidməti

8.1. Texniki dəstək Bazar ertəsi – Şənbə günləri saat 09:00-dan 18:00-a qədər telefonla, digər vaxtlarda isə rəsmi e-mail ünvanı vasitəsilə həyata keçirilir.
8.2. Texniki dəstəyə müraciət etdikdə mütləq elan nömrəsi qeyd olunmalıdır.
8.3. Qayda pozuntularına yol verilibsə, hətta haqqı ödənilmiş elanlar da ləğv edilə bilər.
8.4. Əgər xidmət artıq göstərilibsə, ödənişli xidmətlərə görə ödənilmiş haqq geri ÖDƏNİLMİR. Həmçinin, xidmətin göstərilməsinin başlama vaxtı daha sonraya/əvvələ dəyişdirilə, xidmət başqa elana keçirilə bilməz.
Masinbazari.com saytının Rəhbərliyi Qaydaların istənilən vaxt birtərəfli qaydada, öncədən məlumat vermədən (xəbərdarlıq etmədən) dəyişdirilməsi hüququnu özündə saxlayır.
Son yeniləmə tarixi – 01.04.2021