Toyota Land Cruiser, 2005 il, 4.2 L

45400 AZN
  • 756
  • 15-04-2022
  • № 1074
  • Vəziyyəti: İşlənmiş
  • Marka: Toyota
  • Model: Land Cruiser
  • Ban növü Offroader / SUV
  • Yanacaq növü: Dizel
  • Sürətlər qutusu: Avtomat
  • Ötürücü: Tam
  • Mühərrikin həcmi: 4.2 l.
  • Mühərrikin gücü: 204 a.g.
  • Silindr sayı: 6
  • Yürüş: 310000 km
  • Buraxılış ili: 2005
  • Rəng: Qara
  • Qapı: 4 qapılı
  • Şəhər: Bakı şəhəri
  • Yüngül lehimli disklər
  • ABS
  • Lyuk
  • Dəri salon
  • Ksenon lampalar
  • Mərkəzi qapanma sistemi
  • Park radar sistemi
  • Kondisioner
  • Arxa görüntü kamerası
  • Yan pərdələr
Onlayn göstərməyə hazıram

Əlavələri diqqətlə oxumağınızı xahiş edirəm.

Land Cruiser 100. Əfsanə 1HD-FTE Turbo-Dizel mühərrik.

Normal sürüşlə şəhər içi 11-13, magistral 8-10 litr sərfiyat. 1 yanacaq çəni(90 litr) .

Mühərrik daim Amsoil və Petrocanada yağları ilə qulluq görür. 300000km baxımları OEM Toyota detallarla olunub(Mühərrikin rem-komplekti daxildir).

Klapanlar reqlamentə uyğun tənzimlənib("requlirovka")

Avtomobilin mühərrikinə, ötürmə sisteminə(transmissia, "razdatka",kardan valı, mostlar) və ya funksionallığına dair heç bir problemi yoxdur. Mərkəzi differensial kilid(blokirovka) qaydasında və işləkdir.

Avtomobil Lexus sistemli 3 rejimli idarə olunan hündürlük sisteminə və 4 rejimli komfort-sport asqı(amortizasiya) sisteminə malikdir. Bundan əlavə olaraq maşının hündürlüyü torsion barlar və sensorlar vasitəsi ilə qısa proseslə daha yuxarı və ya əksinə nizamlana bilir(müqayisə şəkillərdə). İstər şəhər, istər ərazi üçün tam uyğunlaşdırılıb. İnstruksiası alan şəxsə izah olunacaq.

Analoqlarından nəzərə çarpacaq dərəcədə hündür nizamlanıb(zavod qurğuları ilə).

Təkərlər 305/65/R17 BF GOODRİCH MT.

Üzərində əlavə 1 komplekt yeni 285/65/R17 M+S disk və təkərlər veriləcək.

İntegrə olunmuş android monitor və GPS naviqasiya mövcuddur. Videoregistrator həmçinin monitorla əlaqələndirilib. Zavod səs gücləndiricisi var. Multisükan var.

Orta soyuducu dolab işlək və qaydasındadır.

Klimat kontrol işlək və qaydasındadır.

Ayaqaltılar "DoubleMat"dır.

Avtomobilin işıq sistemi Photon Mono seriası LED-lər və Extreme Yellow duman lampaları ilə təchiz edilib.

Avtomobil 5.5 Tonluq T-Max markalı, kevlarlı dartıcı mexanizmlə təchiz olunub. Ön hissə möhkəmləndirilib. Uzaqdan idarə olunur.

Avtomobili alan şəxsə əlavə olaraq 1 ədəd LSD tipli arxa most, 1 ədəd "razdatka", şəkildə gördüyünüz LEXUS işıqlı ayaqaltılar veriləcək.

Qeyd: Avtomobilin zədbəsi və ya vuruq sayılacaq zədəsi yoxdur. Ön və arxa buferlər kraskalanıb. Avtomobilin şəkildə görünməyən cızıqları var. Boya məsələsi nəzərə alınacaq. Avtomobilin keçmişini Toyota/Lexus Club Azerbaijan 🇦🇿🇯🇵 facebook forumunda axtarış edib görmək mümkündür.

Qiymət yalnız ciddi ,bu maşının dəyərini və təyinatını bilən şəxslərlə müzakirə oluna bilər. Təşəkkür edirəm

Şərhlər