Aeratravel.az
Aeratravel.az

5000 km-dən bir yağ dəyişdirmək düzgündürmü?

  • 1 490
  • 0
  • 17-04-2022, 10:19
5000 km-dən bir yağ dəyişdirmək düzgündürmü?

Bu mif əsasən, Qərbdə ekspress (sürətli) yağlamalar tərəfindən insanların beyninə yeridilir.

Bazara ilk dəfə 1970-ci illərdə daxil olan ekspress yağlama zəncirləri davamlı marketinq kampaniyaları vasitəsilə insanlara tez-tez yağ dəyişməli olduqlarını tövsiyə edirdi. Böyük neft istehsalçılarına məxsus olan ekspress yağlama zəncirləri müştəriləri tez-tez görmək və daha çox neft məhsulu satmaqda maliyyə marağına malik idi, bu səbəbdən də, onların böyük əksəriyyəti bu ənənəni davam etdirirdi..

Elə ölkəmizdə də ata-babalarımızdan bunu görmüşük ki, onlar maşının yağını hər 5000 km sürüşdən bir dəyişir. Əslində tez-tez yağ dəyişməklə cibimizdən və ekologiyadan başqa avtomobilimizə ziyan verəcək bir iş görmürük. Nəzərə alınmalı bir nüans var. Keçmişdə insanlar burğacla naqilli telefonlardan istifadə edirdisə, günümüzdə, dünyanın istənilən nöqtəsinə görüntülü zəng edə bilən smartfonlar istifadə olunur. Bu həmçinin avtomobil sferasında və onun sürtkü yağı texnologiyalarında da tədricən özünü göstərir. Keçmişdə yalnız birinci və 2-ci qrup baza yağları aktual idisə, günümüzdə hidrokrek texnologiyalı 3-cü qrup, PAO texnologiyalı 4-cü qrup və Amsoil kimi sintetika manyakı olan brenddə 5-ci qrup ester tərkibli baza yağlarından istifadə olunur. Əgər biz daha yeni və bahalı texnologiyalardan istifadə ediriksə, bu son nəticədə məhsulun bizə nə vəd etdiyində də fərq etməlidir. Məsələn, Amsoil Signature Series 25000 mil və ya 700 moto/saat iş ömrü vəd edir. Yəni dədə-baba qaydası ilə 5000 km yox daha uzun periodda siz öz mühərrik yağınızı dəyişə bilərsiniz. Buna səbəb tətbiq olunan texnologiyanın mühərrikdə olan temperatura, təsirlərə və s. daha uzun müddət tab gətirib öz keyfiyətini qorumasıdır.

El arasında belə bir deyim var ki, bizim yanacağımızla bu uzun periodlar düz gəlmir. Qəbul edək ki, yanacaq keyfiyətsizliyi , uzunmüddətli tıxaclar və s. yağdəyişmə perioduna əhəmiyyətli şəkildə təsir edir. Yüksək sürətli yolda bizə vəd olunan 700 moto/saat müddətində 25000mil (40000km) Bakıdakı tıxaclarla 30km/saat orta sürətlə 700x30=21000 km-dək məhdudlaşır. Bu o deməkdir ki, ənənəvi mühərrik yağlarından fərqli olaraq Amsoil sintetik mühərrik yağlarını 5000 yox, daha uzun periodda dəyişə bilərsiniz.


Müəllif: Sevda Rəhimova

Şərhlər