Aeratravel.az
Aeratravel.az

Şəmkirdə təmirə həsrət qalan yol

  • 872
  • 0
  • 17-04-2022, 19:24
Şəmkirdə təmirə həsrət qalan yol

Şəmkirin Keçili kəndi də daxil olmaqla yeddi yaşayış massivini birləşdirən avtomobil yolu sakinləri təngə gətirib. Yağışda palçıqdan, yay aylarında isə toz-duman əlindən keçilməz olan yol uzun illərdir yararsız vəziyyətdədir. 

Sonuncu dəfə 1970-ci illərin sonlarında asfalt örtüyü vurulan yol həmin vaxtdan bəri təmir üzünə həsrət qalıb. 22 mindən çox sakinin istifadə etdiyi bu yol həm də kəndləri rayon mərkəzi ilə birləşdirir. 

Keçili-Qədimqala-Şəmkir-Çinarlı və Yuxarı Seyfəli avtomobil yolu kimi tanınan bu yol bir neçə dəfə sakinlərin şəxsi vəsaiti hesabına qismən təmir olunub. Lakin aparılan işlər də özünü doğrultmayıb. 

Əsasən əkinçiliklə məşğul olan kəndlilər məhsullarını avtomobillərlə bazara çıxarırlar. Yolun bərbad vəziyyətdə olması isə sürücülərə xeyli baha başa gəlir. 

Masin.az Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı yolun balansında olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sakinlərin səbr etməsinə çox qalmayıb. Sözügedən yolun yenidən qurulması Dövlət Proqramı çərçivəsində öz həllini tapacaq.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Şərhlər