Aeratravel.az
Aeratravel.az

Ən böyük Çin avtomobil istehsalçısı məlum oldu

  • 1 010
  • 0
  • 18-04-2022, 13:08
Ən böyük Çin avtomobil istehsalçısı məlum oldu

Ardıcıl beş ildir ki, Geely Auto qrupu ən böyük Çin avtomobil istehsalçısıdır. Ötən ilin sonunda onun satışları 1 milyon 320 min ədədə yüksəlib. Öz növbəsində, Lynk & Co “gənclik” brendi altında 220 mindən çox avtomobil satılıb ki, bu da ötən ilki göstəricidən 26% çoxdur.

İxrac baxımından şirkət xarici bazarlara 115 000 avtomobil göndərməklə öyünə bilər. Üstəlik, hazırda ən sürətlə artan ixracatdır: xarici daşınmaların sayı ötən illə müqayisədə 58% çox olub.

Digər artım - hibrid və elektrik modelləridir. 2021-ci ildə “elektrikləşdirilmiş” avtomobillərin satışı ilk dəfə olaraq 100 000 ədədi ötüb. Belə ki, elektromobillərin satışı 172%, hibridlərin satışı isə 185,3% artıb.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu


Şərhlər