Aeratravel.az
Aeratravel.az

Qualcomm “Stellantis” alyansına avtomobillərin yaradılmasında kömək edəcək

  • 510
  • 0
  • 18-04-2022, 23:11
Qualcomm “Stellantis” alyansına avtomobillərin yaradılmasında kömək edəcək

Amerikanın rabitə konserni Qualcomm GSM modullarının ən böyük tədarükçüsü, həmçinin Samsung, Xiaomi, Huawei, Meizu smartfonları üçün mərkəzi prosessorların istehsalçısı kimi tanınır. 2024-cü ilə qədər isə Qualcomm, avtomobil üçün "rəqəmsal şassi" təqdim etməyi vəd edir.

"Stellantis" konserni və "Qualcomm Technologies" şirkəti uzunmüddətli texniki əməkdaşlıq müqaviləsi imzalayıblar. Avtomobil istehsalçısı yeni modellərini yaratmaq üçün ən son "Snapdragon Digital Chassis"dən istifadə etməyi planlaşdırır.

Ağıllı platformalardan istifadə edərək, “Stellantis” qabaqcıl həllər üçün daim artan müştəri tələblərinə cavab verə biləcək.

Rabitə konserninin köməyi avtomobil istehsalçısına süni intellekt vasitəsilə avtomobilə quraşdırılmış səs köməkçisinin imkanlarını genişləndirməyə kömək edəcək.

Onu da qeyd edim ki, heç kimə sirr deyil ki, kiçik startaplar tez-tez işçilərin "əmək haqqı cədvəlində oturduğu" böyük konsernlərdən daha maraqlı həllər təklif edirlər. Bunu dərk edən "Stellantis" konserni gənc iş adamlarının ən yaradıcı təşəbbüslərini dəstəkləməyə qərar verdi.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu



Şərhlər