Aeratravel.az
Aeratravel.az

Smartfon istehsalçısı “Huawei”in yeni krossoveri nə cür olacaq?

  • 788
  • 0
  • 18-04-2022, 23:15
Smartfon istehsalçısı “Huawei”in yeni krossoveri nə cür olacaq?

"Huawei" şirkəti bir müddət əvvəl AITO brendini yaradıb. Bu, Adding Intelligence To Auto – “Avtomobillərə zəka əlavə etmək” deməkdir. Yeni xəttin ilk nəsli AITO M5 orta ölçülü hibrid krossover idi. İndi isə çinlilər, çeşidi AITO M7 olan böyük yolsuzluq avtomobili ilə genişləndirdilər. "AVTO KLUB AZƏRBAYCAN" ətraflı məlumat verir.

Beş metrlik AITO M7 - Audi Q7-nin "sinif yoldaşı"dır. Avtomobil hibrid sxemə uyğun olaraq qurulub. 125 qüvvə tutumlu 1,5 litrlik benzin turbo dördlük, generator funksiyasını yerinə yetirir. Müvafiq olaraq, təkərlər Huawei-nin özünün yaratdığı 272 at gücü olan elektrik mühərriki ilə fırlanır.

Digər texniki detallar daha sonra açıqlanacaq, çünki indi altı yerlik bu krossover, yalnız mütləq sertifikatlaşdırma prosedurundan keçə bilib.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər