Aeratravel.az
Aeratravel.az

Volkswagen, Audi və Skoda avtomobilləri yanğın təhlükəli kimi tanındı

  • 501
  • 0
  • 19-04-2022, 12:07
Volkswagen, Audi və Skoda avtomobilləri yanğın təhlükəli kimi tanındı

Bütün dünya üzrə Volkswagen, Audi və Skoda dilerləri mühərrik bölmələrində yanğın riskinin yüksək olması səbəbindən avtomobillərini geri çağırmağa başlayıb.

100 mindən çox Volkswagen, Audi və Skoda avtomobilləri mühərrik hissəsində yanğın təhlükəsi səbəbindən geri çağırılır. Bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb. Söhbət, 2020-2022-ci illərdə buraxılmış Audi Q3, Skoda Octavia və VW Golf modellərindən gedir. Təkcə Almaniyada 40 minə yaxın təhlükəli avtomobil var imiş.

Məlum olub ki, adıçəkilən avtomobillərin mühərrik hissələrində mühərrikin isti hissələrinə toxuna biləcək və alovlana bilən pis bərkidilmiş plastik hissələr var. Bildirilir ki, Almaniyada bu səbəbdən artıq 16 avtomobil yanması hadisəsi baş verib.

Hələlik Azərbaycanda geri çağırılacaq avtomobillərin sayı ilə bağlı rəsmi məlumat yoxdur.


Məlumatı hazırladı: "Avtoklub Azərbaycan klubu"nun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Şərhlər