Aeratravel.az
Aeratravel.az

Əfsanəvi Şelbinin sürdüyü maşın hərraca çıxarıldı

  • 633
  • 0
  • 4-07-2022, 11:42
Əfsanəvi Şelbinin sürdüyü maşın hərraca çıxarıldı

Masin.az Oxu.az-a istinadən xəbər verir ki, “RM Sotheby's” hərrac evi Ferrari həvəskarlarının marağına səbəb olacaq bir lot təqdim edib.

Belə ki, hərrac evi 1955-ci ilin “Ferrari 410 Sport Spider” avtomobilini satışa çıxarıb.

Bu klassik yarış avtomobilini vaxtilə əfsanəvi pilotlar - Xuan Manuel Fanxio və Kerroll Şelbi idarə edib. “Scaglietti” atelyesinin kuzovu ilə təchiz edilmiş idman avtomobili 1956-cı il Dünya İdman Avtomobilləri Çempionatında yarışıb. O, istənilən müştərini maraqlandıran qürurlu tarixə malikdir.

“Ferrari 410 Sport Spider”in kapotu altında 400 at gücünə malik 5 litrlik atmosfer V12 mühərriki çalışır.

Şərhlər