Aeratravel.az
Aeratravel.az

"Aİ-98” markalı benzinin də qiyməti qalxdı

  • 520
  • 0
  • 13-07-2022, 12:30
"Aİ-98” markalı benzinin də qiyməti qalxdı

Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.

Masin.az xəbər verir ki, bunu “Report”a açıqlamasında "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə "Aİ-95" premium markalı benzinin satışı 2,00 AZN-dən, "Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.

Ü.Həbibbəyli bildirib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.


Maraqlıdır: İkinci əl Hyundai Sonata

Şərhlər