Aeratravel.az
Aeratravel.az

ABŞ-da benzinin bahalaşmasına ALTERNATİV

  • 455
  • 0
  • 13-07-2022, 21:23
ABŞ-da benzinin bahalaşmasına ALTERNATİV

Masin.az Oxu.az-a istinadən xəbər erir ki, ABŞ-da benzinin bahalaşması səbəbindən ölkə vətəndaşlarının dörddəbiri elektriklə işləyən avtomobillərə keçmək istəyir.

Bu barədə qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyasının keçirdiyi sorğuda qeyd edilir.

“Bu, xüsusilə gənc nəsilin nümayəndələrinə aiddir. Onlar pula qənaət etməyin yollarını axtarırlar”, - deyə Assosiasiyanın avtomobil və sənaye əlaqələri direktoru Qrek Brannon izah edib.

Sorğunun nəticələrinə görə, ABŞ-da gənclərin 30%-i gələcəkdə elektriklə işləyən avtomobil sürmək üçün yanacaqdan uzaqlaşmağı planlaşdırır. Elektrikli avtomobillərin lehinə çıxış edənlərin 77%-i isə qərarını benzinə qənaət etmək istəyi ilə izah edib.

Şərhlər